XRİSTİANLIĞIN
QANUNLARI
Matta
1 5:23 Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin
zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, 24qurbanını
qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl,
qurbanını təqdim et.
2
25Səni
ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə
verməsin və zindana atılmayasan. 26Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu
verməyincə oradan əsla çıxmayacaqsan.
3 30 Əgər sağ əlin səni pis
yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv
olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır.
4 34 And içmə, nə göyə, çünki o, Allahın taxtıdır; 35nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də
Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir. 36Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və
ya qara edə bilməzsən. 37Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan
qalanı şər olandandır.
5 38 “Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini
eşitmisiniz. 39Mənsə sizə deyirəm ki, pis adama qarşı durma.
Əksinə, sağ üzünə şillə vurana o birini də çevir.
6 40 Səni məhkəməyə verib köynəyini götürmək istəyənə
üst paltarını da ver.
7 41Kim səni
min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get.
8 42 Səndən bir şey diləyənə ver, səndən borc istəyəni
geri qaytarma.
9 43“Qonşunu sev və düşməninə nifrət et”
deyildiyini eşitmisiniz. 44Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin,
sizi təqib edənlər üçün dua edin. 45Belə ki siz göylərdə olan Atanızın övladları
olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur,
yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. 46Əgər sizi
sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi?
47Əgər
yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş
olursunuz? Bütpərəstlər də belə etmirmi? 48Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz
də kamil olun.
Matta 6
10 1 Ehtiyatlı olun, siz saleh iş görəndə bunu
insanların önündə, onlara göstərmək üçün etməyin. Yoxsa göylərdə olan Atanızdan
mükafat almazsınız.
11 2 Ona görə də sədəqə verdiyin zaman önündə şeypur səsi ilə car çəkmə.
Çünki adamlar onları izzətləndirsin deyə ikiüzlülər sinaqoqlarda və küçələrdə
belə edirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar.
12 5 Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın.
Çünki belələri adamlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub
dua etməyi sevirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 3Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin
nə etdiyini bilməsin. 4Belə ki verdiyin sədəqə gizli qalsın. Gizlində olanı görən
Atan səni mükafatlandıracaq.
13 7 Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin.
Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. 8Siz onlara bənzəməyin!
Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir.
14 16 Oruc tutduğunuz zaman ikiüzlülər kimi
qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini
tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar.
15 17 Amma sən oruc tutanda
başına yağ çək və üzünü yu. 18Belə ki insanlara deyil, gizlində olan
Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.
16 19 Yer üzündə özünüzə
xəzinələr yığmayın. Orada güvə və pas
onları məhv edər ya da oğrular girib oğurlayar. 20Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə
güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar. 21 Çünki xəzinən
haradadırsa, ürəyin də orada olacaq.
17 25 Buna görə sizə deyirəm:
“Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə
bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib
deyilmi? 26Göydə uçan quşlara baxın: onlar nə əkir, nə
biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz
onlardan daha qiymətli deyilsinizmi? 27Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər?
28Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün
çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir. 29Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan
Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. 30Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu
Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? 31Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik?”
deyə qayğı çəkməyin. 32Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da,
Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. 33Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun
salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. 34Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü
üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir!
Matta 7
18 1Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız.
2Çünki hansı hökmlə mühakimə etsəniz,
onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də
eyni ölçü ilə ölçüləcək.
19 6 Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın;
yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar.
20 7 Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız,
qapını döyün və sizə açılacaq. 8Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə
açılar. 9Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi?
10Ya da
balıq diləsə, ona ilan verərmi? 11Beləliklə, siz pis olduğunuz halda öz
övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın
Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir!
21 12 İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə,
siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə
budur.
22 13 Dar qapıdan girin. Çünki həlaka aparan qapı
geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur. 14Amma həyata
aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır.
23 15 Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar
yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar. 16Onları bəhrələrindən
tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı? 17Beləcə də
hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər. 18Yaxşı ağac
pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz. 19Yaxşı bəhrə
verməyən hər ağac kəsilər və oda atılar. 20Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən
tanıyacaqsınız.
Matta 10
24 :8 Xəstələrə şəfa verin, ölüləri dirildin,
cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin.
25 9 Qurşağınızda nə qızıl, nə gümüş, nə də mis
götürün.
26 10 Yol üçün nə torba, nə iki köynək, nə çarıq, nə
də əsa götürün. Çünki işçi öz azuqəsinə layiqdir.
27 11Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli
kimdirsə, axtarın və yola çıxanacan onun evində qalın.
28 12 O evə girərkən ev sakinlərini salamlayın.
13Əgər ev
layiqdirsə, əmin-amanlığınız onun üzərinə gəlsin; layiq deyilsə, əmin-amanlığınız
özünüzə qayıtsın.
29 14 Kim sizi qəbul etməyib sözlərinizi dinləməzsə,
o evdən və ya şəhərdən çıxarkən ayaqlarınızın tozunu çırpın. 15Sizə
doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorra diyarının halı o şəhərin
halından daha asan olacaq.
30 16 Budur, sizi qurdlar
arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi
məsum olun.
31 17 İnsanlardan özünüzü
gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarında qamçılayacaqlar.
18Onlara və millətlərə
şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısına
aparılacaqsınız. 19Onlar sizi təslim
edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin
vaxt sizə bildiriləcək, 20çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur
32 23 Sizi bir şəhərdə təqib
edəndə başqasına qaçın.
33 27 Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin
və qulağınıza pıçıldananı damlardan bəyan edin
34 28 Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni
cəhənnəmdə məhv edə bilən Allahdan qorxun.
Matta 18
35 8 Əgər əlin və ya ayağın
səni pis yola çəkərsə, onu kəs at. Sənin əbədi həyata şikəst və ya topal daxil
olmağın iki əl və iki ayaqla əbədi oda atılmağından yaxşıdır.
36 9 Əgər gözün səni pis
yola çəkərsə, onu çıxarıb at. Sənin tək gözlə əbədi həyata daxil olmağın iki
gözlə cəhənnəm oduna atılmağından yaxşıdır.
37 15 Əgər qardaşın sənə qarşı günah işlədərsə, get,
onun günahını ona göstər. Qoy hər şey yalnız ikinizin arasında qalsın. O sənə
qulaq asarsa, qardaşını qazandın. 16Amma qulaq asmazsa, özünlə bir və ya iki nəfər
götür ki, “hər iddia iki yaxud üç şahidin sözü ilə təsdiq edilsin”. 17Əgər o bu
adamların da sözünə qulaq asmaq istəməsə, vəziyyəti imanlılar cəmiyyətinə
bildir. Əgər cəmiyyətin də sözünə qulaq asmaq istəməsə, onu bir bütpərəst və
vergiyığan hesab et. 18Sizə doğrusunu deyirəm: yer üzündə
bağlayacağınız hər şey göydə bağlanmış olacaq və yer üzündə açacağınız hər şey
göydə açılmış olacaq.
Matta 19
38 14 Amma İsa dedi: «Uşaqları buraxın, qoy Mənim
yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Səmavi Padşahlıq belələrinə məxsusdur».
39 21 İsa ona dedi: «Əgər kamil olmaq istəyirsənsə,
get, əmlakını sat və yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra
qayıt, Mənim ardımca gəl».
Matta 23
40 2 dedi: «İlahiyyatçılar
və fariseylər Musanın kürsüsündə oturmuşlar.3Buna
görə də sizə əmr etdikləri hər şeyə riayət və əməl edin. Amma onların etdiklərini
etməyin, çünki söyləyərlər, amma riayət etməzlər. 4Ağır və çətin daşına bilən yükləri bağlayıb insanların çiyninə
yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə, tərpətmək
istəməzlər. 5Onlar öz əməllərinin hamısını insanlar görsün
deyə edərlər.
41 8 Amma kimsə sizi “Rabbi” deyə çağırmasın. Çünki
sizin bir Müəlliminiz var. Siz hamınızsa qardaşsınız.
42 9 Yer üzündə kimsəyə “ata” deməyin. Çünki bir Atanız var, O da Səmavi
Atadır.
43 10 Kimsə sizə “rəhbər” deməsin. Çünki bir Rəhbəriniz
var, O da Məsihdir.
44 11 Aranızda ən böyük olan xidmətçiniz olsun.
12Kim özünü
yüksəldərsə, aşağı tutulacaq və kim özünü aşağı tutarsa, yüksəldiləcək.
Matta
24
45 15 Beləliklə, Daniel peyğəmbərin bəhs etdiyi viranəlik
gətirən iyrənc şeyin Müqəddəs məkanda qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan
bunu anlasın – 16Yəhudeyada olanlar dağlara qaçsın. 17Damda olan
evindəki əşyaları götürmək üçün aşağı enməsin. 18Tarlada
olan üst paltarını götürmək üçün geri qayıtmasın. 19Həmin günlər
hamilələrin və körpə əmizdirənlərin vay halına!
46 23 O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih
buradadır” yaxud da “oradadır”, inanmayın. 24Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər
törəyəcək. Onlar böyük əlamətlər və xariqələr göstərəcəklər ki, imkan
taparlarsa, seçilmişləri də aldatsınlar. 25Bax Mən sizə əvvəlcədən söyləmişəm. 26Ona görə
sizə “bax, O çöldədir” desələr də, çıxmayın. “Bax, O daxili otaqlardadır” desələr
də, inanmayın. 27Çünki şimşək şərqdə çaxıb qərbdə belə, göründüyü kimi Bəşər Oğlunun zühuru da elə olacaq. 28Leş
haradadırsa, kərkəslər də orada toplaşar.
47 42 Ona görə də oyaq olun. Çünki Rəbbinizin hansı
gün gələcəyini bilmirsiniz. 43Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun
gecə hansı saatda gələcəyini bilsəydi, oyaq qalıb evinin yarılmasına imkan verməzdi.
48 44Buna görə
siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək.
49 9 Gedin, bütün millətləri Mənim şagirdim edin; onları
Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin;
50 20 sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara
öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm».
Luka 21
51 34 Özünüzə fikir verin!
Qoy ürəkləriniz eyş-işrət və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin.
Qoy qiyamət günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin.
52 36 Ona görə də baş verəcək bütün bu fəlakətlərdən qaçıb Bəşər Oğlunun önündə
dura bilmək üçün hər an dua edərək ayıq olun».
Luka 22
53 26 Amma siz belə olmayın. Aranızda ən böyük olan ən kiçik kimi olsun və rəhbərlik
edən xidmətçi kimi olsun.
54 36 (Ruhani Qılınc, yəni
Allah Kəlamı) Qılıncı olmayan da öz
paltarını (məcazi mənada) satıb
qılınc alsın.(Ruhani Qılınc, yəni Allah Kəlamı)
Yəhya
13
55 14 İndi ki Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz
də bir-birinizin ayaqlarını yumalısınız. 15Çünki sizə nümunə göstərdim ki, Mənim sizə
etdiyimi siz də bir-birinizə edəsiniz.
56 34 Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi
siz də bir-birinizi sevin. 35Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün
insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz».
Yəhya
15
. 57 9 Mənim məhəbbətimdə qalın.
58 12 Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin.
Romalılara 6
59 11 Beləcə
siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə
diri sayın.
60 12 Ona görə də qoymayın ki, günah sizin fani bədəninizə
hökmranlıq etsin və siz də bədəninizin ehtiraslarına itaət edəsiniz.
61 13 Bədəninizin üzvlərini də haqsızlıq aləti olmaq
üçün günaha təslim etməyin; əksinə, özünüzü ölülər arasından dirilənlər kimi
Allaha, bədəninizin üzvlərini də salehlik aləti olmaq üçün yenə Allaha təslim
edin.
62 19 Üzvlərinizi müqəddəs olmaq üçün salehliyə qul
kimi təslim edin.
Romalılara 12
63 1 Bədənlərinizi diri, müqəddəs və Allahı razı
salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir.
64 2 Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi
ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz.
65 3 Lazım olduğundan artıq özünüz barədə yüksək
fikirdə olmayın; lakin hər biriniz Allahın ona verdiyi imanın ölçüsünə görə
ağıl-kamalla düşünün
66 6 Bir kəsin ənamı peyğəmbərlikdirsə,
imanının ölçüsünə görə peyğəmbərlik etsin;
67 7 Ənamı xidmətdirsə,
xidmət etsin;
68 Müəllimlikdirsə, öyrətsin;
69 8 Nəsihət verəndirsə, nəsihət versin;
70 Pay verəndirsə, səxavətlə,
71 Rəhbərdirsə, səylə,
72 Mərhəmət göstərəndirsə, sevinə-sevinə öz
işini görsün.
73 9 Qoy məhəbbətiniz riyasız olsun.
74 Pislikdən ikrah edin, yaxşılığa bağlanın.
75 10 Qardaşlıq sevgisi ilə bir-birinizi
sevin.
76 Hörmət göstərməkdə bir-birinizi qabaqlayın.
77 11 Səyiniz azalmasın,
78 Ruhunuz alovlu olsun.
79 Rəbbə qulluq edin.
80 12 Ümidinizlə sevinin.
81 Əziyyətdə dözümlü olun.
82 Dayanmadan dua edin.
83 13 Ehtiyac içində olan müqəddəslərə yardım
etməyə şərik olun.
84 Qonaqpərvər olmağa səy göstərin.
85 14 Sizi təqib edənlərə xeyir-dua verin;
lənət yox, xeyir-dua verin.
86 15 Sevinənlərlə sevinin, ağlayanlarla
ağlayın.
87 16 Bir-birinizlə həmfikir olun;
88 Təkəbbürlü olmayın,
89
Məzlumlarla dostluq edin.
90 Özünüzü ağıllı saymayın.
91 17 Heç kimə pislik əvəzinə pislik etməyin.
92 Hamının gözündə yaxşı olan işlər görməyə
diqqət yetirin.
93 18 mkan daxilində bacardıqca bütün
adamlarla sülh içində yaşayın.
94 19 Ey sevimlilər, heç kəsdən qisas almayın.
95 21
Pislik sənə üstün gəlməsin,
96 Pisliyə yaxşılıqla qalib gəl.
Romalılara 13
97 1 Hər kəs başçılıq edən hakimiyyətlərə tabe
olsun. Çünki Allah tərəfindən təyin olunmayan hakimiyyət yoxdur; mövcud olan
hakimiyyətlər Allah tərəfindən təyin olunub. 2Buna görə də hakimiyyətə
qarşı çıxan adam Allahın təyin etdiyinin əleyhinə çıxır və əleyhinə çıxan belələri
özlərini mühakiməyə düçar edir. 3Çünki yaxşı iş görənlər deyil, pis iş
görənlər hökmdarlardan qorxmalıdır.
98 7 Beləliklə, hər kəsə öz haqqını verin:
vergi haqqı olana vergi, gömrük haqqı olana gömrük, qorxu haqqı olana qorxu,
hörmət haqqı olana hörmət.
99 8 Bir-birinizi sevməkdən başqa heç nədə
heç kimə borclu qalmayın; çünki başqasını sevən Qanunu yerinə yetirmiş
olur.
100 14 Rəbb
İsa Məsihə bürünün və cismani təbiətinizin ehtiraslarına uymaq fikrində
olmayın.
Romalılara 14
101 1 İmanı zəif
olanı qəbul edin, amma onun fikirləri ilə mübahisəyə girişməyin. 2Biri
inanır ki, hər şeyi yeyə bilər, amma imanı zəif olan yalnız tərəvəz yeyir.
3Yeyən yeməyənə xor baxmasın, yeməyən də yeyəni mühakimə etməsin. Çünki
Allah onu qəbul edib.
102 5 Qoy hər kəs öz fikrinə əmin olsun.
103 13 Heç bir qardaşın önünə onu büdrədən yaxud pis
yola çəkən bir şey qoymayasınız.
104 15 Uğrunda Məsihin öldüyü adamı öz yeməyinə
görə həlaka təslim etmə.
105 16 İmkan verməyin ki, sizin yaxşı hesab
etdiyiniz bir şey pislənsin. 17Çünki Allahın Padşahlığı yemək-içməkdən
ibarət deyil, Müqəddəs Ruhda salehlik, sülh və sevincdən ibarətdir.
106 19 Beləliklə, özümüzü sülh gətirən və
bir-birimizi inkişaf etdirən işlərə həsr edək.
107 20 Qidaya görə Allahın işlərini pozma!
Hamısı təmizdir. Amma yeməyi ilə başqasının büdrəməsinə səbəb olan adam pislik
edir. 21Ət yeməyərək, şərab içməyərək qardaşının büdrəməsinə səbəb
olmayan isə yaxşılıq edir. 22Bu məsələlərdə etiqadını Allahın önündə öz
ürəyində saxla. Seçdiyi bir işdə özünü mühakimə etməyən adam nə bəxtiyardır!
23Amma bir yeməyə şübhə edən adam o yeməyi yeyirsə, məhkum olur. Çünki
gördüyü iş imana əsaslanmır və imana əsaslanmayan hər şey günahdır.
Romalılara 15
108 1 Biz imanı güclü olanlar imanı gücsüz
olanların zəifliklərinə dözməliyik və yalnız özümüzü razı salmamalıyıq.
109 2 Hər birimiz yaxşılıq naminə inkişaf etdirmək məqsədi
ilə qonşumuzu razı salaq. 3Çünki Məsih də Özünü razı salmadı. Necə ki
yazılıb: «Səni təhqir edənlərin təhqirləri altında qaldım».
110 7 Buna görə də Məsih sizi qəbul etdiyi kimi
siz də Allahın izzəti üçün bir-birinizi qəbul edin.
111 16 Bir-birinizi müqəddəs
öpüşlə salamlayın. Məsihin bütün cəmiyyətləri sizə salam göndərir.
112 17 Öyrəndiyiniz təlimin əleyhinə çıxaraq ayrılıq
salan və büdrəməyə səbəb olan adamlara nəzarət edin və onlardan uzaq durun.
1 Korinflilərə 1
113 10 Hamınız həmfikir olun. Qoy aranızda dəstəbazlıq
olmasın, eyni düşüncədə və eyni ağılda birləşin.
1 Korinflilərə 4
114 5 Buna görə də münasib vaxtdan əvvəl, yəni
Rəbb gəlməyənədək heç bir işi mühakimə etməyin. O gəlib qaranlıqda gizlənən
şeylərə işıq salacaq və insan ürəklərinin niyyətlərini aşkara çıxaracaq. Onda hər
kəs Allahdan ona düşən tərifi alacaq.
115 6 Heç kim başqasının qarşısında lovğalanıb o
birisinə xor baxmasın.
1 Korinflilərə 5
116 11 Özünü bacı-qardaş adlandırıb, lakin əxlaqsızlıq,
tamahkarlıq, bütpərəstlik, böhtançılıq, əyyaşlıq və yaxud soyğunçuluq edənlə
ünsiyyətdə olmayın. Belələri ilə bir yerdə çörək belə, yeməyin.
117 13 Öz aranızdan pis adamı atın.
1 Korinflilərə 6
118 18 Cinsi əxlaqsızlıqdan uzaqlaşın. İnsanın etdiyi bütün
digər günahlar bədəndən kənardadır, amma əxlaqsızlıq edən öz bədəninə qarşı
günah edir. 19Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə
yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus deyilsiniz, 20çox
baha qiymətə satın alınmısınız. Beləliklə, bədəninizlə Allaha izzət gətirin.
1 Korinflilərə 7
119 2 Əxlaqsızlığın qabağını almaq üçün hər kişinin öz
arvadı, hər qadının da öz əri olsun.
120 Hər
qadının da öz əri olsun.
121 3 3Ər arvadına aid, arvad da ərinə
aid olan nikah borcunu yerinə yetirsin. 4Arvadın bədəni özünün yox, ərinin
ixtiyarındadır.
122 5 Müvəqqəti olaraq razılıqla, dua
üçün vaxt ayırmaqdan savayı bir-birinizi ər-arvadlıq təminatından məhrum etməyin.
Bundan sonra yenə də bir yerdə olun ki, nəfsinizə hakim olmadığınıza görə
Şeytan sizi sınağa çəkməsin.
123 10 Evli olanlara isə mən əmr edirəm,
qadın ərindən ayrılmasın.
124 11 Ayrılırsa, ərsiz qalmalıdır
125 Yaxud əri ilə barışmalıdır.
126 Ər də arvadını
boşamasın.
127 Əgər bir qardaşın iman etməyən arvadı var və
arvad onunla yaşamağa razıdırsa, əri onu boşamasın.
128 15 Bir arvadın iman etməyən əri
varsa və əri onunla yaşamağa razıdırsa, qoy arvadı ondan boşanmasın.
14Çünki iman etməmiş ər arvadı vasitəsilə təqdis olunur və iman etməmiş
arvad imanlı əri vasitəsilə təqdis olunur. Əks halda uşaqlarınız natəmiz
olardı, indi isə onlar müqəddəsdir.
129 15 İman etməyən ayrılırsa,
qoy ayrılsın. Qardaş ya da bacı belə hallarda məcburiyyət qarşısında deyil.
Allah sizi sülhdə yaşamağa çağırıb. 16Ey qadın, ərini xilas edib-etməyəcəyini
haradan bilirsən? Yaxud sən, ey ər, arvadını xilas edib-etməyəcəyini haradan
bilirsən?
130 17 Amma hər kəs Allahın ona təyin etdiyi kimi Rəbbin
çağırışına uyğun həyat sürsün. Bunu bütün cəmiyyətlərə əmr edirəm.
131 18 Əgər bir nəfər sünnətli olaraq çağırış aldısa, sünnət
olunmanı aradan qaldırmasın.
132 Digəri isə sünnətsiz olaraq çağırış
aldısa, qoy sünnət olunmasın. 19Sünnətlilik də, sünnətsizlik də əhəmiyyət
kəsb etmir, əhəmiyyət kəsb edən isə Allahın əmrlərini yerinə yetirməkdir.
133 20
Qoy hər kəs çağırış
aldığı vaxt nə vəziyyətdə idisə, elə də qalsın. 21Çağırış alanda qul
idinsə, fikir eləmə. Amma əgər azad olmağa imkanın varsa, bu fürsəti əldən
vermə. 22Çünki Rəbdə çağırış alan vaxt qul artıq Rəbbin azad insanıdır.
Eləcə də çağırış alan vaxt azad insan Məsihin quludur. 23Siz çox baha
qiymətə satın alınmısınız,
134 İnsanlara qul olmayın!
135 27 Arvadınla nikahla
bağlısansa, ondan azad olmağını arzu etmə. Arvadın yoxdursa, özünə arvad
axtarma. 28Amma evlənməyin günah deyil. Qızın da ərə getməsi günah deyil.
Amma belə adamlar bu həyatda əziyyət çəkəcəklər.
136 29 Arvadı olanlar
olmayanlar kimi, 30yas tutanlar tutmayanlar kimi, sevinənlər sevinməyənlər
kimi, mal alanlar malı olmayanlar kimi, 31bu dünyanın işlərindən
faydalananlar bu işlərdən uzaq olanlar kimi olsunlar. Çünki bu dünyanın indiki
vəziyyəti keçib-gedir. 32Sizin qayğısız olmanızı istəyirəm. Subay kişi Rəbbi
necə razı salmaq barəsində düşünüb Rəbbin işlərinin qayğısına qalır.
33Evli isə arvadını razı salmaqdan ötrü dünyəvi işlərin qayğısına qalır
34və diqqəti yayınır. Ərsiz qadın yaxud qız da Rəbbin işlərinin qayğısına
qalır ki, həm bədəndə, həm də ruhən müqəddəs olsun. Ərli qadın isə ərini razı
salmaqdan ötrü dünyəvi işlərin qayğısına qalır. 35Bunu azadlığınızı məhdudlaşdırmaq
üçün yox, yalnız sizin xeyrinizə deyirəm ki, ədəblə davranıb fikirlərinizi
dağıtmadan özünüzü Rəbbə həsr edəsiniz.
137 36 Əgər bir nəfər
nişanlandığı qızla düzgün davranmadığını düşünürsə, yaşı çatıb və evlənmək
lazım gəlirsə, qoy o adam istədiyini etsin. O, günah etmir. Qoy onlar evlənsin.
138 37 Amma kim ürəyində qəti
niyyət tutub, könüllü surətdə, öz nəfsinə hakim olaraq nişanlandığı qızla evlənməmək
qərarına gəlirsə, o adam da yaxşı edir. 38Buna görə də nişanlısı ilə evlənən
yaxşı edir, evlənməyənsə daha yaxşı edir. 39Arvad əri sağ ikən ona bağlı
qalır. Əgər əri vəfat etsə, arvad azaddır və kimə istəsə, ərə gedə bilər. Lakin
o kişi Rəbdə olmalıdır.
1 Korinflilərə 9
139 24 Qaçışda yarışanların hamısının qaçdığını, amma
təkcə bir nəfərin mükafat aldığını bilmirsinizmi? Elə qaçın ki, mükafatı
qazanasınız.
1 Korinflilərə 10
140 10 Deyinməyin, çünki (İsrai övladlarından) onlardan
da bəziləri deyindi və məhvedici mələk onları öldürdü.
141 10 Buna görə də kim ayaq üstə durduğunu düşünürsə,
ehtiyatlı olsun ki, yıxılmasın. 13Siz insanın qarşılaşdığı sınaqdan başqa
bir sınaqla qarşılaşmadınız. Allah sadiqdir və O sizi gücünüzdən artıq sınağa çəkilməyə
qoymaz. Sınaqla yanaşı bu vəziyyətdən çıxış yolu ilə də təmin edəcək ki, tab gətirə
biləsiniz
142 14 Beləliklə, ey sevimlilərim, bütpərəstlikdən
uzaqlaşın. 15Mən ağıllı insanlara xitab edirəm. Dediklərimi siz özünüz
araşdırın. 16Xeyir-dua verdiyimiz xeyir-dua kasası Məsihin qanına şəriklik
deyilmi? Böldüyümüz çörək Məsihin bədəninə şəriklik deyilmi? 17Çörək bir
olduğu kimi biz də çox olduğumuz halda bir bədənik. Çünki hamımız bir çörəyi
bölüb yeyirik. 18Soy-kökünə görə İsrail xalqına nəzər salın: qurbanları
yeyənlər qurbangaha şərik deyilmi? 19Belədirsə, mən nə demək istəyirəm?
Bütlərə təqdim olunan qurban ətinin bir əhəmiyyəti varmı? Yaxud bütlərin əhəmiyyəti
varmı? 20Xeyr, amma deyirəm ki, bütpərəstlər qurbanlarını Allaha yox,
cinlərə gətirirlər. Cinlərlə şərik olmanızı istəmirəm. 21Siz həm Rəbbin
kasasından, həm də cinlərin kasasından içə bilməzsiniz; həm Rəbbin, həm də cinlərin
süfrəsindən yeyə bilməzsiniz.
143 24 Hər kəs öz xeyrini yox, başqalarının xeyrini
güdsün.
144 27 Əgər imanlı olmayanlardan biri sizi yeməyə dəvət
edir və siz getmək istəyirsinizsə, qabağınıza nə qoysalar, vicdan məsələsini
qaldırmadan yeyin.
145 28 Amma biri sizə desə ki, «bu, qurban ətidir»,
onda həm sizə bunu deyənin xatirinə, həm də vicdan xatirinə yeməyin.
146 31 Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə
edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin.
147 32 Yəhudilərin, Yunanların yaxud Allahın cəmiyyətinin
büdrəməsinə səbəb olmayın,
1 Korinflilərə 11
148 6 Əgər qadın başını örtmürsə, qoy saçlarını qısa
kəssin. Amma əgər qadın üçün saçını qısa kəsməsi yaxud qırxması ayıbdırsa, qoy
başını örtsün.
149 7 Beləliklə, kişiyə Allahın surəti və izzəti
olduğuna görə başını örtmək olmaz. Qadınsa kişinin izzətidir. 8Çünki kişi
qadından yox, qadın kişidən yarandı. 9Kişi qadın üçün yox, qadın kişi
üçün yaradıldı. 10Bu səbəbdən mələklərə görə qadının başı üzərində
ixtiyar olmalıdır. 11Hər halda Rəbdə nə qadın kişidən, nə də kişi
qadından müstəqildir. 12Çünki qadın kişidən yarandığı kimi kişi də qadın
vasitəsilə yaranır və hər şey Allahdan yaranır. 13Özünüz qərara gəlin,
Allaha başıaçıq dua etmək qadına yaraşarmı?
150 19 Çünki Allahın sınaqdan keçmiş adamları bəlli
olsun deyə aranızda firqələrə bölünmə olmalıdır!
1 Korinflilərə 12
151 31 Amma daha böyük ənamları səylə istəyin. İndi isə
sizə bundan da əla yol göstərəcəyəm.
1 Korinflilərə 14
152 1 Məhəbbətin ardınca gedin və ruhani ənamları,
xüsusilə, peyğəmbərlik ənamını səylə istəyin.
153 20 Əqlən uşaq olmayın. Pisliyə münasibətdə körpə olun,
amma əqlən yetkin olun.
154 27 Əgər kimsə naməlum dildə danışırsa, iki yaxud ən
çox üç adam növbə ilə danışsın, bir nəfər də izah etsin. 28Əgər izah edən
yoxdursa, naməlum dildə danışan cəmiyyətdə sussun, yalnız özü ilə və Allahla
danışsın.
155 29 İki ya üç peyğəmbər danışsın, başqaları isə
onların dediklərini ayırd etsin. 30Əgər oturanlardan birinə nazil olan
söz gələrsə, ilk danışan sussun. 31Çünki hamınız bir-birinizin ardınca
peyğəmbərlik edə bilərsiniz ki, hamınız təlim öyrənib ruhlanasınız.
32Peyğəmbərlərin ruhları da peyğəmbərlərə tabe olur. 33Çünki Allah
qarışıqlıq deyil, sülh qaynağıdır. Müqəddəslərin bütün cəmiyyətlərində belədir.
156 34 Qadınlar cəmiyyət toplantılarında sussun, çünki
onlara danışmağa icazə verilmir; onlar Qanunun da buyurduğu kimi tabe olsunlar.
157 38 Kim buna əhəmiyyət verməsə, ona da əhəmiyyət
verilməyəcək.
1 Korinflilərə 15
158 34 Ayılın, saleh olun, daha günaha batmayın.
159 58 Beləliklə, ey sevimli qardaşlarım, Rəbdə çəkdiyiniz
zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun, sarsılmayın, hər zaman Rəbbin
işində səylə çalışın.
1 Korinflilərə 16
160 13 Ayıq olun, imanda sabit durun, mərd və möhkəm
olun.
161 14 Qoy etdiyiniz hər bir əməl
məhəbbətlə olsun.
162 14 İmansızlarla eyni boyunduruğa girməyin. Çünki salehliklə qanunsuzluğun nə
şərikliyi var? İşıqla qaranlığın ortaq nəyi var? 15Məsihlə Belialın nə
uyğunluğu var? Yaxud imanlı ilə imansızın ümumi nəyi var? 16Allahın məbədi
ilə bütlərin sazişi ola bilərmi? Çünki biz var olan Allahın məbədiyik.
2 Korinflilərə 10
163 17 «Öyünən Rəbdə öyünsün». 18Çünki özü barədə zəmanət verən insan
yox, barəsində Rəbbin zəmanət verdiyi insan sınaqdan keçmiş olur.
2 Korinflilərə 13
163 5 Özünüzü yoxlayın və iman yolunda olub-olmadığınızı bilmək üçün sınaqdan
keçirin.
164 11 Sevinin. Bərpa olunun, təsəlli tapın, həmfikir olun,
sülh içində ömür sürün. Məhəbbət və sülh qaynağı olan Allah sizinlə olacaq.
12Bir-birinizi müqəddəs öpüşlə salamlayın.
Qalatiyalılara 6
165 1 Əgər bir adam bir təqsir üstündə tutulsa, siz
ruhanilər onu həlimlik ruhu ilə bərpa edin.
166 Sən də sınağa düşməmək üçün özünə fikir ver.
166 2 Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra
edin. 3Çünki əgər kimsə heç olduğu halda özünü əhəmiyyətli sanırsa,
öz-özünü aldadır. 4Qoy hər kəs öz əməlini yoxlasın və onda başqasının
etdikləri ilə deyil, yalnız öz etdikləri ilə fəxr edəcək. 5Çünki hər kəs
öz üzərinə düşən yükü daşımalıdır. 6Kəlam haqqında təlim alan, təlim verənlə
hər cür neməti bölüşdürsün.
167 6 Kəlam haqqında təlim alan, təlim verənlə hər cür neməti
bölüşdürsün.
Efeslilərə 4
168 2 2Tamamilə itaətkar və həlim, səbirli olub bir-birinizə məhəbbətlə
dözün.
169 3 Ruhun birliyini sülh bağı ilə qorumağa çalışın.
170 18 Başqa millətlər kimi boş düşüncələrlə həyat sürməyin.
18Onların şüurlarını qaranlıq alıb və mənəviyyatca nadan, qəlbən inadkar
olduqlarına görə Allah həyatına yad oldular. 19Həssaslığı hərtərəfli itirərək
hərisliklə hər cür murdar işlər üçün özlərini pozğunluğa verdilər.
171 22 İsada – Ondakı həqiqətə əsasən təlim
aldınız. 22Bu təlimə görə əvvəlki həyat tərzinizə məxsus olub aldadıcı
ehtiraslarla pozulmaqda olan köhnə mənliyi kənara atın,
172 23 ruhən və əqlən yeniləşin,
173 24 Əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə
bürünün.
. 174 25 Buna görə yalanı kənara atın, hər
biriniz öz qonşunuza həqiqəti söyləyin, çünki hamımız eyni bədənin üzvləriyik.
176 26 Qəzəblənərkən günah işlətməyin. Günəş
batmazdan əvvəl qəzəbinizi soyudub 27iblisə yer verməyin.
177 28 Oğurluq edən artıq oğurluq etməsin,
əksinə, zəhmət çəkib öz əlləri ilə yaxşı əməl etsin ki, ehtiyacı olanlarla
bölüşdürməyə bir şeyi olsun.
178 29 Ağzınızdan heç bir pis söz çıxmasın,
amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb
olan sözlər deyin.
179 30 Allahın Müqəddəs Ruhunu
kədərləndirməyin. Çünki satınalınma günü üçün o Ruhla möhürləndiniz.
180 31 Qoy hər cür kinlə birlikdə acılıq,
hiddət, qəzəb, çığırtı, böhtançılıq büsbütün sizdən uzaq olsun.
182 32 Amma bir-birinizə qarşı xeyirxah, rəhmli
olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.
Efeslilərə 5
183 1 Beləliklə, sevimli övladlar kimi Allahdan nümunə götürün.
184 2 Məsih bizi necə sevdisə, Özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim
və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün.
185 3 Əxlaqsızlığın, hər cür murdarlığın və yaxud tamahkarlığın adı belə,
aranızda çəkilməsin, çünki bunlar müqəddəslərə yaraşmaz.
186 6 Ədəbsizlik, boşboğazlıq və yaxud kobud zarafat da olmasın. Bunlar sizə
yaramaz. Bunun əvəzində qoy şükür olsun. 5Əlbəttə, bilirsiniz ki, heç bir
əxlaqsız, murdar yaxud bütpərəstə tay olan tamahkar adam Məsihin və Allahın
Padşahlığında irsə malik olmayacaq.
187 10 Rəbbi razı salan şeyləri ayırd edin,
187 11 qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa
edin. 12Belə ki qaranlıqdakıların gizlicə etdikləri şeyləri söyləmək də
ayıbdır. 13Nurun ifşa etdiyi hər şey aşkardır, 14bu cür nə aşkara
çıxırsa, özü də nur olur.
188 15 Beləliklə, həyat tərzinizə ciddi diqqət yetirin, müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün.
189 16 Hər fürsətdən istifadə edin, çünki günlər şərdir.
190 17 Buna görə ağılsız olmayın, Rəbbin iradəsini dərk edin.
191 18 Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə
Ruhla dolun.
192 19 Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun,
193 Rəbbə ürəkdən
nəğmələr çalıb-oxuyun.
194 20 Həmişə hər şeyə görə Rəbbimiz İsa Məsihin adı ilə Ata Allaha şükür
edin.
195 21 Məsih qorxusu ilə bir-birinizə tabe olun.
196 22 Ey qadınlar, Rəbbə tabe olduğunuz kimi ərlərinizə tabe olun.
23Çünki bədənin Xilaskarı olan Məsih imanlılar cəmiyyətinin Başı olduğu
kimi ər də arvadının başıdır. 24Ona görə cəmiyyət Məsihə tabe olduğu kimi
arvadlar da hər vəziyyətdə öz ərlərinə tabe olsunlar.
197 25 Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda
etdiyi kimi siz də arvadlarınızı sevin. 26Məsih bunu ona görə etdi ki, cəmiyyəti
su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin 27və beləcə onda ləkə,
qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq
Öz hüzuruna çıxarsın. 28Ərlər də eyni şəkildə arvadlarını öz bədənləri
kimi sevməlidirlər. Arvadını sevən özünü sevir. 29Çünki heç kim heç zaman
öz vücuduna nifrət etməz. Əksinə, Məsih cəmiyyətə yanaşdığı kimi onu bəsləyib
qayğısına qalar. 30Axı biz Onun bədən üzvləriyik. 31«Buna görə də
kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq».
32Bu sirr böyükdür, mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm.
33Sizə gəlincə, qoy hər kəs öz arvadını özü kimi sevsin, arvad isə ərinə
ehtiram etsin.
Efeslilərə 6
198 1 Ey övladlar, Rəbdə olduğunuza görə ata-ananıza itaət edin. Bu
haqdandır. 2İçində vəd olan ilk əmr budur: «Ata-anana hörmət et ki,
3xoş güzəranın və yer üzündə ömrün uzun olsun».
199 4 Ey atalar, siz də övladlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə
və öyüdü ilə böyüdün.
200 5 Ey qullar, Məsihə itaət etdiyiniz kimi dünyəvi ağalarınıza da qorxu və
lərzə ilə səmimi qəlbdən itaət edin. 6Bunu yalnız insanları razı salmaq
üçün gözə xoş görünən xidmətlə deyil, Məsihin qulları kimi can-dildən Allahın
iradəsini yerinə yetirmək üçün edin. 7İnsanlara deyil, Rəbbə qulluq
etdiyiniz kimi ürəkdən qulluq edin. 8Bilin ki, istər qul, istərsə də azad
– hər bir kəs gördüyü yaxşı işin əvəzini Rəbdən alacaq.
201 9 Ey ağalar, siz də həmçinin qullarınızla bu cür rəftar edin. Daha onlara
hədə-qorxu gəlməyin. Bilin ki, onların da, sizin də Ağanız göylərdədir və O,
insanlar arasında tərəfkeşlik etməz.
202 10 Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin. 11İblisin
hiylələrinə qarşı dura bilmək üçün Allahın verdiyi bütün zireh və silahlara
bürünün. 12Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı
deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı
ruhani şər qüvvələrə qarşıdır. 13Buna görə Allahın bütün zireh və
silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir
şeyi etdikdən sonra dayana biləsiniz. 14Beləliklə, həqiqəti kəmər kimi
belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış, barışıq Müjdəsini
yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə durun. 15Beləliklə,
həqiqəti kəmər kimi belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış,
barışıq Müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə
durun. 16Bütün bunlara əlavə olaraq şər olanın bütün yanar oxlarını
söndürə bilmək üçün iman qalxanını əlinizə götürün. 17Xilas dəbilqəsini və
Ruhun qılıncını, yəni Allahın kəlamını götürün.
203 18 Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua edin.
204 Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq
qalaraq bütün müqəddəslər üçün dua edin
Filipililərə 1
205 27 Lakin həyat tərziniz Məsihin Müjdəsinə layiq olsun.
Filipililərə 2
206 1 Beləliklə, Məsihdə bir ruhlandırılma, məhəbbətdən yaranan bir təsəlli,
Ruha bir şəriklik, bir rəhm və mərhəmət varsa, 2həmfikir olub bir-birinizə
eyni məhəbbəti göstərərək canbir və həmrəy olmağınızla sevincimi bütövləşdirin
207 3 Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz
itaətkarlıqda digərini özündən üstün saysın
208 4 və yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün.
5Məsih İsa necə düşündü, siz də elə düşünün. 6Allah surətində
olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. 7Lakin
Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb
8Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət
göstərdi
209 12 Belə isə, ey sevimlilərim, həmişə
itaətli olduğunuz kimi yalnız mən yanınızda olanda yox, xüsusən yanınızda
olmadığım bu anda belə, qorxu və lərzə ilə xilasınızı əməllərinizdə göstərin.
13Çünki sizdə
fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də
bunun üçün fəaliyyət göstərəsiniz.
210 14 Hər şeyi şikayətlənmədən, mübahisə
etmədən yerinə yetirin ki, 15nöqsansız və saf olaraq bu əyri və azmış
nəsil arasında Allahın ləkəsiz övladları olasınız. Onların arasında dünyanın
nuru kimi parlayın. 1
211 16 Həyat sözünü təqdim edin.
Filipıilərə
220 221 222 223 224
3:2 Özünüzü «itlər»dən
qoruyun,
pis iş görənlərdən
qoruyun,
Bədəni sünnət edərək
kəsib-atanlardan qoruyun.
17 Hamınız birlikdə
məndən nümunə götürün və sizə
göstərdiyimiz
nümunəyə uyğun həyat sürənlərə diqqətlə baxın.
Filipıilərə
225 226 227 228
4: 4 Rəbdə həmişə sevinin! Bir də deyirəm:
sevinin!
5 Qoy sizin mülayimliyiniz bütün insanlara məlum
olsun.
6 Heç nəyin
qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla,
yalvarışlarla, şükür edə-edə bildirin.
7Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih
İsada qoruyacaq.
8 Doğru, ləyaqətli,
saleh, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və tərifə layiq nə varsa,
bunları düşünün.
Filipıilərə
4:9 Məndən öyrəndiyiniz,
qəbul etdiyiniz, eşitdiyiniz və məndə gördüyünüz nə varsa, bunları həyata
keçirin.
Kolosselilərə
1: 7 Şükürlərlə
dolub-daşaraq Onda kök salıb inkişaf edin və öyrəndiyiniz kimi imanda möhkəmlənin.
8 Baxın, Məsihə
deyil, insan adət-ənənəsinə, dünyanın ibtidai təlimlərinə istinad edərək fəlsəfə
və boş aldadıcı sözlərlə kimsə sizi əsir etməsin. 9Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə
yaşayır. 10Siz də Onda tamamlanmısınız.
O hər başçının və hakimin Başıdır.
Kolosselilərə
232 2:18 Qoy heç kim
sizdən mütilik və mələklərə səcdə tələb edərək sizi mükafatınızdan məhrum etməsin.
Belə bir şəxs gördüyü görüntülərə güvənir və boş yerə öz cismani ağlı ilə
lovğalanır.
233 3:2 Dünyəvi şeyləri
deyil, ucalardakı şeyləri düşünün.
3Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda
saxlanılıb. 4Həyatınız olan Məsih zühur
edəndə siz də Onunla birgə izzətlə zühur edəcəksiniz. 5Buna görə cisminizin dünyəvi meylləri olan
cinsi əxlaqsızlığı, murdarlığı, şəhvəti, pis ehtirası və bütpərəstliyə tay olan
tamahkarlığı öldürün. 6Bunlara görə
Allahın qəzəbi itaətsizlərin üzərinə gəlir.
7Əvvəllər siz bunların içində yaşayanda belə həyat sürdünüz. 8İndi isə siz də qəzəbi, hiddəti, kini,
böhtanı, ağzınızdan çıxan ədəbsiz sözlər kimi şeylərin hamısını kənara atın.
Kolosselilərə
234 3:9 Bir-birinizə
yalan deməyin, çünki köhnə mənliyinizi və onun əməllərini üzərinizdən
çıxarıb 10yeni mənliyə büründünüz. Yeni
mənliyiniz onu Yaradanın surətinə bənzər şəkildə təzələnir ki, biliyiniz tam
olsun. 11Bu təzələnmədə Yunanla Yəhudi,
sünnətli ilə sünnətsiz, barbar, Skif, qulla azad arasında fərq yoxdur: Məsih hər
şeydir və hamımızdadır.
235 12 Beləliklə,
Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti,
xeyirxahlıq, itaətkarlıq, həlimlik və səbirə bürünün. şükür edənlər olun!
Kolosselilərə
236 3:13 Bir-birinizə
dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı
kimi siz də bağışlayın.
237 14 Bütün bunlardan
əlavə, kamil birliyin bağı olan məhəbbətə bürünün. 15Məsihin sülhü qoy ürəklərinizdə münsiflik
etsin, çünki bir bədənin üzvləri kimi bu sülhə dəvət olundunuz.
238 Həmçinin şükür edənlər
olun! 16Qoy aranızda Məsihin kəlamı
bütün zənginliyi ilə yaşasın.
Kolosselilərə
239 3:16 Bir-birinizə
tam müdrikliklə təlim və nəsihət verin,
240 məzmurlar, ilahilər
və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə
oxuyun.
241 17 Dediyiniz və
etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin,
242 Onun vasitəsilə
Ata Allaha şükür edin.
Kolosselilərə
243 3:18 Ey qadınlar,
Rəbdə olanlara layiq olduğu kimi ərlərinizə tabe olun.
244 19 Ey ərlər, öz
arvadlarınızı sevin və onlarla sərt davranmayın.
245 20 Ey övladlar, hər
işdə ata-ananıza itaət edin, çünki bu, Rəbbi razı salır.
246 21 Ey atalar,
övladlarınızı incitməyin, yoxsa cəsarətləri qırılar.
Kolosselilərə
247 3:22 Ey qullar, hər
işdə dünyəvi ağalarınıza itaət edin. Bunu insanları razı salmaq üçün gözə xoş
görünən xidmətlə deyil, səmimi qəlbdən, Allahdan qorxaraq edin. 23Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb
üçün edən kimi can-dildən edin. 24Bilin
ki, Rəbdən bunun əvəzinə irs alacaqsınız, çünki siz Rəbb Məsihə qulluq
edirsiniz. 25Kim haqsızlıq edərsə, işlətdiyi
haqsızlığın əvəzini alacaq, çünki Rəbb tərəfkeşlik etməz.
248 4:1 Ey ağalar,
bilin ki, göydə sizin də Ağanız var. Ona görə qullarınızla ədalətli və insaflı
olun. 2Özünüzü duaya həsr edin və duada şükür edərək
oyaq durun.
Kolosselilərə
249 4:5 Kənar
insanlarla müdrikliklə rəftar edin və hər fürsətdən istifadə edin. 6Sözünüz duzlu və hər zaman lütflə dolu
olsun. Beləcə hər adama necə cavab vermək lazım olduğunu biləsiniz
1 Saloniklilərə
250 4:3 Cinsi əxlaqsızlıqdan
qaçın,
251 4 hər biriniz
Allahı tanımayan bütpərəstlər kimi şəhvət və ehtirasla deyil, müqəddəslik və
hörmətlə arvad almağı öyrənin,
Saloniklilərə
252 4:11 Sizə əmr etdiyimiz kimi çalışın ki, dinc yaşayasınız, öz işinizlə məşğul
olasınız və əliniz işdə-gücdə olsun; 12belə ki kənar şəxslərin qarşısında
hörmətəlayiq şəkildə həyat sürəsiniz və heç kimdən təminat almağa ehtiyac
duymayasınız.
253 12 Aranızda zəhmət çəkənlərin, Rəbdə sizə başçılıq edib nəsihət
verənlərin qədrini bilin.
254 13 Etdikləri
əmələ görə onlara hədsiz məhəbbətlə hörmət göstərin. Bir-birinizlə sülh içində
yaşayın.
1 Saloniklilərə
252 4:6 Heç kim
haqsızlıq edib bacı-qardaşını istismar etməsin. Çünki əvvəlcə sizə dediyimiz və
xəbərdarlıq etdiyimiz kimi, Rəbb bütün bunlara görə qisas alacaq. 7Çünki Allah bizi murdarlığa deyil, müqəddəsliyə
çağırmışdır. 8Ona görə bu təlimatı rədd
edən kəs insanı deyil, sizə Öz Müqəddəs Ruhunu bəxş edən Allahı rədd edir. 9Qardaşlıq sevgisinə gəlincə, sizə yazmağa
ehtiyac yoxdur, çünki Allah bir-birinizi sevməyi öyrədib.
1 Saloniklilərə
256 4:14 Avaralara nəsihət
verin,
257 Cəsarətsizləri
ruhlandırın,
258 Zəiflərə yardım
edin,
259 Hamıya qarşı səbirli
olun.
260 15 Diqqətli olun
ki, heç kim pisliyə pisliklə cavab verməsin, əksinə, bir-birinizə və bütün
insanlara həmişə yaxşılıq etməyə çalışın.
1 Saloniklilərə
261 5:16 Daima
sevinin,
262 17 Durmadan dua
edin,
263 18 Hər vəziyyətdə
şükür edin. Çünki bunlar Məsih İsada olan sizlər üçün Allahın iradəsidir.
264 19 Ruhu söndürməyin.
265 20 Peyğəmbərlik
sözlərinə xor baxmayın
1 Saloniklilərə
266 5:21Hər şeyi
sınaqdan keçirin və yaxşı olandan möhkəm tutun.
267 22 Hər cür şərdən
uzaq durun.
268 26 Bütün bacı-qardaşları müqəddəs öpüşlə
salamlayın.
2 Saloniklilərə
269 2:15 Möhkəm
dayanın və sözümüz yaxud məktubumuz vasitəsilə öyrəndiyiniz təlimlərə bağlı
qalın.
2 Saloniklilərə
270 3:6 Sizə əmr
veririk ki, bizdən qəbul etdiyi təlimə görə yaşamayan, avara həyat sürən hər
bir bacı-qardaşdan uzaqlaşın. 7Bizlərdən
necə nümunə götürmək lazım olduğunu özünüz də bilirsiniz. Çünki yanınızda olarkən
avara dolanmadıq, 8heç kimin çörəyini
müftə yemədik. Əksinə, gecə-gündüz əmək və zəhmət çəkərək işlədik ki, heç
birinizə yük olmayaq. 9Bunu ixtiyarımız
çatmadığına görə deyil, sizə nümunəvi yol göstərərək bu yolla getməyiniz üçün
etdik.
2 Saloniklilərə
271 3:13 Yaxşılıq etməkdən
yorulmayın.
272 14 Əgər kimsə bu məktubdakı
sözlərimizə qulaq asmaq istəməzsə, onu nəzərdə saxlayın və onunla əlaqəni kəsin
ki, utansın. 15Yenə də onu düşmən
sanmayın, bir qardaş kimi ona nəsihət verin.
1 Timoteyə
273 2:8 Kişilər qəzəblənmədən,
mübahisə etmədən hər yerdə müqəddəs əllər qaldırıb dua etsinlər,
1 Timoteyə
274 2:9 Qadınlar da ədəbli
görkəmlə, abır-həya və ağıl-kamalla bəzənsinlər. Dəbdəbəli saç düzümü ilə,
qızıllarla, mirvarilərlə və yaxud bahalı paltarlarla deyil, 10mömin olduqlarını bəyan edən qadınlara
yaraşan tərzdə xeyirli işlərlə bəzənmələrini istəyirəm.
275 11 Qadın sakitlik
və tam bir tabelik içində öyrənsin;
276 12 Qadının öyrədib
kişiyə ağalıq etməsinə izin vermirəm, qadın sakit olsun. 13Çünki ilk yaradılan Adəm oldu, sonra Həvva. 14Aldadılan da Adəm deyildi, qadın aldadılıb əmri
pozdu; 15amma qadın doğuşla xilas
olacaq, bir şərtlə ki ağıl-kamalla imanda, məhəbbətdə və müqəddəslikdə yaşamağa
davam etsin.
1 Timoteyə
277 3:1 Bu söz
etibarlıdır: kim cəmiyyətdə nəzarətçi olmağa can atırsa, xeyirli iş arzu edir. 2Nəzarətçi nöqsansız, tək arvadlı olaraq ona
sadiq, ayıq, ağıllı-kamallı, ədəbli, qonaqpərvər olmalı, öyrətməyi
bacarmalıdır. 3 Şərab düşkünü olmamalı;
zorakı deyil, mülayim olmalı; davakar və pulpərəst olmamalıdır. 4Öz evini yaxşı idarə etməli, tam bir ləyaqətlə
uşaqlarını öz tabeliyində saxlamalıdır.
5Öz şəxsi evini idarə edə bilməyən Allahın cəmiyyətinin qayğısına necə
qala bilər? 6Nəzarətçi yeni iman etmiş
adam olmamalıdır. Yoxsa qürurlanıb iblisin uğradığı eyni mühakiməyə uğraya bilər. 7Kənar insanlar tərəfindən də yaxşı bir insan
kimi tanınmalıdır. Belə ki iblisin qurduğu tora düşüb utandırılmasın.
1 Timoteyə
278 3:8 Cəmiyyət xidmətçiləri
də ləyaqətli olmalıdır. Riyakar, şərab düşkünü yaxud haqsız qazanca həris
olmamalıdır. 9İman sirrini təmiz
vicdanla saxlamalıdırlar. 10Onlar da əvvəlcədən
sınaqdan keçsinlər, əgər nöqsanları olmazsa, o zaman xidmət etsinlər.
279 11 Qadınlar da
böhtançı deyil, ləyaqətli, ayıq və hər şeydə sadiq olmalıdırlar.
280 12 Xidmətçilər tək
arvadlı olaraq ona sadiq olsun, öz uşaqlarını və evlərini yaxşı idarə etsinlər. 13Çünki yaxşı xidmət edənlər özləri üçün
yaxşı bir mövqe və Məsih İsaya olan imanlarında böyük cəsarət qazanırlar.
1 Timoteyə
281 4:7 Allahsız,
axmaq qoca qarı əfsanələrindən uzaq dur.
282 Mömin olmaq üçün
özünü yetişdir.
283 12 Gənc olduğun
üçün qoy heç kim sənə xor baxmasın. Amma sözdə, həyat tərzində, məhəbbətdə,
imanda, paklıqda imanlılara nümunə ol.
284 13 Mən gəlincə Müqəddəs
Yazıları hamıya oxumaqla, nəsihət verməklə, təlim verməklə məşğul ol.
1 Timoteyə
285 4:14 Ağsaqqallar əllərini
sənin üzərinə qoyanda sənə peyğəmbərlik sözü ilə verilən səndə olan ruhani ənama
etinasızlıq etmə. 15Bunların hamısına səy
göstərərək özünü həsr et ki, sənin inkişafın hamıya aşkar olsun.
286 16 Özünə və
verdiyin təlimə diqqətli ol. Bu işlərlə məşğul olmağa davam et. Çünki bunu etməklə
həm özünü, həm də səni dinləyənləri xilas edəcəksən.
1 Timoteyə
287 5:1 Ağsaqqalla sərt
danışma, ona ata kimi,
288 Cavanlara isə
qardaş kimi,
289 Ağbirçəklərə ana
kimi,
290 Gənc qadınlara
tamamilə saf ürəklə bir bacı kimi nəsihət ver.
291 3 Həqiqi dul
qadınlara hörmət et.
1 Timoteyə
292 5:3 Həqiqi dul qadınlara hörmət et. 4Lakin əgər bir dul qadının uşaqları ya da nəvələri
varsa, bunlar əvvəlcə öz ailələrinə yardım edərək möminliyi, yaşlı ailə üzvlərinə
də haqqını verməyi öyrənsinlər. Çünki bu, Allahı razı salır. 5Həqiqətən, dul qalıb kimsəsiz olan qadın öz
ümidini Allaha bağlamışdır, gecə-gündüz Ona yalvarmağa və dua etməyə davam
edir. 6Keflə yaşayan dul qadınsa
yaşadığı halda ölüdür. 7Nöqsansız
olmaqları üçün bu əmrləri tapşır. 8Öz
yaxınlarının, xüsusən, ailə üzvlərinin qayğısına qalmayan insan imanı inkar
etmiş və imansızdan betərdir. 9Qoy bir
dul qadının adı dullar siyahısına bu şərtlə yazılsın: ən azı altmış yaşına
çatmış, ərinə sadiq olmuş,
1 Timoteyə
293 5:10 (Dul qadın)
etdiyi yaxşı işlərlə tanınmış olsun, məsələn, uşaqlar böyütmüş, qonaqpərvərlik
göstərmiş, müqəddəslərin ayaqlarını yumaqla xidmət etmiş, əziyyət çəkənlərə
yardım etmiş, hər cür xeyirli işlə məşğul bir şəxs olmalıdır. 11Altmış yaşa çatmamış dul qadınları isə
siyahıya yazma. Çünki cismani istəkləri Məsihə bağlılıqlarına qalib gələn kimi ərə
getmək istəyərlər. 12Beləcə verdikləri
ilk sözdən çıxdıqları üçün mühakiməyə məruz qalırlar. 13Eyni zamanda evdən evə gəzərək tənbəlliyə
öyrənərlər. Yalnız tənbəllik deyil, lazım olmayan sözlər danışaraq qeybət edərlər,
başqalarının işlərinə burunlarını soxarlar.
14Beləliklə, yaşa dolmamış dul qadınların ərə getməsini, uşaq doğmasını,
evini idarə etməsini, düşmənə heç bir böhtan atmaq fürsətini verməməsini istəyirəm.
1 Timoteyə
294 5:16 İmanlı bir
qadının dul qadın yaxınları varsa, qoy onlara yardım etsin. İmanlılar cəmiyyəti
belə yükün altına girməsin ki, həqiqi dul qadınlara yardım edə bilsin.
295 17 Cəmiyyəti yaxşı
idarə edən ağsaqqallar, xüsusən, vəz və təlim işində zəhmət çəkənlər maddi və mənəvi
cəhətdən təmin olunmağa layiq görülsün.
296 19 İki yaxud üç
şahid olmadıqda bir ağsaqqala qarşı olan ittihama əhəmiyyət vermə.
297 20 Günah işlədən
ağsaqqalları hamının qarşısında məzəmmət et ki, digərləri də günah işlətməkdən
qorxsun.
1 Timoteyə
298 5:22 Heç kimin üzərinə
tələsərək əl qoyma,
299 Başqalarının
günahlarına şərik olma,
300 Özünü pak saxla.
301 6:1 Qul
boyunduruğu altında olanların hamısı öz ağalarını tam hörmətə layiq saysınlar
ki, Allahın adına və təliminə küfr söylənməsin.
302 2 Ağaları iman etmiş olanlarsa qardaş olduğu
üçün ağalarına xor baxmasınlar. Əksinə, onlara daha yaxşı qulluq etsinlər.
faydalananlar sevdikləri imanlılardır.
1 Timoteyə
303 6:10 Hər cür
pisliyin kökü pulpərəstlikdir. Kimlərsə bu həvəslə imandan azıb öz-özlərinə
sanki bıçaq soxmuş kimi çox əzab verdilər.
11Amma sən, ey Allah adamı, bu şeylərdən qaç. Salehliyin, möminliyin,
imanın, məhəbbətin, dözümün, həlimliyin ardınca get.
304 12 İman uğrunda
yaxşı mübarizə apar.
305 Əbədi həyatı bərk
tut; bunun üçün çağırıldın və yaxşı əqidəni bir çox şahid qarşısında iqrar
etdin.
306 Allahın əmrinə ləkəsiz
və nöqsansız riayət et.
1 Timoteyə
307 6:17 Bu dövrdə
varlı olanlara buyur ki, təkəbbürlü olmasınlar və gəldi-gedər var-dövlətə yox,
zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bəsləsinlər. 18Xeyirxahlıq göstərsinlər, yaxşı işlərlə zəngin,
əliaçıq olub öz malını başqaları ilə bölüşsünlər. 19Beləliklə, gələcək üçün özlərinə sağlam təməl
olacaq bir xəzinə toplasınlar. Yəni həqiqi həyatı bərk tutsunlar.
308 Sənə verilən əmanəti
qoru!
309 Allahsız
boşboğazlıqdan və yalan yerə «bilik» adlanan şeyin zidd fikirlərindən uzaq
dur. 21Bəziləri bu biliyə sahib
olduqlarını iddia edərək imandan azdılar.
2 Timoteyə
310 1:13 Məndən
eşitdiyin sağlam sözlərdən nümunə götür.
311 14 Sənə verilən
yaxşı əmanəti bizdə yaşayan Müqəddəs Ruh vasitəsilə saxla.
312 2:1 Sənsə, ey
oğlum, Məsih İsada olan lütflə güclən.
313 2 Bir çox şahidlərin
önündə məndən eşitdiyin sözləri başqalarına da öyrətməyə qadir olan sadiq
adamlara həvalə et.
3143 Məsih İsanın
yaxşı əsgəri kimi əzaba qatlaş. 4Əsgərlik edən insan gündəlik həyatla bağlı
işlərə sürüklənməz, ona əmr edən zabiti razı salmağa çalışar.
2 Timoteyə
315 2:15 Özünü Allaha
sınaqdan keçmiş, həqiqət kəlamını doğruluqla işlədən alnıaçıq bir işçi kimi təqdim
etməyə çalış.
316 16 Allahsız
boşboğazlıqdan uzaq dur. Çünki belə boşboğazlıqlar insanı daha da allahsızlığa
aparır. 17Onların sözü irinli yara kimi
yayılacaq.
317 22 Gənclik
ehtiraslarından qaç.
318 Təmiz ürəklə Rəbbi
çağıranlarla birlikdə salehliyin, imanın, məhəbbətin və sülhün ardınca
get.
2 Timoteyə
319 2:23 Axmaq və
cahil mübahisələrdən uzaq ol. Çünki bunların dava-dalaşa səbəb olmasını bilirsən. 24Rəbbin qulu davakar olmamalıdır. Əksinə,
hamı ilə mülayim rəftar etməli, öyrətməyə qabil, səbirli olmalıdır. 25Ona qarşı olanları həlimliklə tərbiyə etməlidir.
Bəlkə Allah onlara tövbəyə imkan verəcək. Beləliklə, onlar həqiqəti anlayar,
26ayıq ola bilərlər və istəyini yerinə yetirmək üçün onları əsir edən iblisin
torundan çıxarlar.
320 3:1 Bunu bil ki,
bu axır zamanda çətin dövrlər olacaq.
2Çünki insanlar xudbin, pulpərəst, təkəbbürlü, məğrur, təhqir edən,
valideynlərinə itaət etməyən, nankor, müqəddəslikdən məhrum, 3şəfqətsiz, barışmaz, böhtançı, nəfsini
saxlamayan, rəhmsiz, yaxşılığın düşməni,
4xain, ehtiyatsız, qürurlu olacaq, Allahdan çox kef çəkməyi sevəcəklər.5Mömin
kimi görünüb bu yolun gücünü inkar edəcəklər. Bu cür adamlardan uzaq dur.
2 Timoteyə
321 3:2 Məsih İsada
möminliyə yaraşan bir həyat sürmək istəyənlərin hamısı təqibə məruz
qalacaq. 13Amma pis adamlar və
saxtakarlar aldadıb-aldanaraq getdikcə daha betər olacaqlar. 14Sənsə öyrəndiyin və güvəndiyin şeylərə
sadiq qal. Çünki bunları kimlərdən öyrəndiyini bilirsən, Onlar Məsih İsaya olan
iman vasitəsilə sənə xilas gətirən hikmət verməyə qadirdir. 16Bütün Müqəddəs Yazılar Allahdan ilham almış
və təlim, məzəmmət, islah, salehlik tərbiyəsi üçün faydalıdır; 17beləcə Allah adamı bacarıqlı olub hər yaxşı
iş üçün təchiz edilsin.
2 Timoteyə
322 4:1 Sənə buyururam
ki, 2 Allahın kəlamını vəz edəsən, hansı vaxt olursa-olsun hazır olasan,
insanlara tam səbirlə təlim öyrədərək məzəmmət, xəbərdarlıq və nəsihət verəsən. 3Çünki elə bir zaman gələcək ki, sağlam təlimə
dözməyəcəklər. Qulaq oxşayan sözlər eşitmək üçün ətraflarına öz ehtiraslarına
uyğun müəllimlər toplayacaqlar.
4Qulaqlarını həqiqətdən döndərəcək, əfsanələrə meyl göstərəcəklər. 5Amma sən hər vəziyyətdə ayıq ol. Əzaba
qatlaş, müjdəçilik işini yerinə yetir, öz xidmətinə tam əməl et.
Titə
323 1:6 Ağsaqqal seçilən
şəxs nöqsansız və tək arvadlı olaraq ona sadiq olsun. Övladları imanlı olmalı,
mənəviyyatsızlıqda ittiham olunan yaxud itaətsiz olmamalıdır. 7Çünki cəmiyyət nəzarətçisi Allahın iş idarəçisi
olduğuna görə nöqsansız olmalıdır. Dikbaş, hirsli, şərab düşkünü, zorakı,
haqsız qazanca həris olmamalı, 8əksinə
qonaqpərvər, yaxşılığı sevən, ağıllı-kamallı, saleh, müqəddəs, nəfsinə hakim
olmalıdır. 9Həm başqalarına sağlam təlimlə
nəsihət verməyə, həm də ona qarşı çıxanları təkzib etməyə qadir olsun deyə
aldığı təlimə uyğun olan etibarlı kəlamı bərk tutmalıdır.
Titə
324 2:2 Yaşlı kişilər
ayıq, ləyaqətli, ağıllı-kamallı, imanda, məhəbbətdə və dözümdə sağlam
olsunlar.
325 3 Yaşlı qadınlar
da eyni şəkildə müqəddəslərə yaraşan tərzdə davransınlar. Böhtançı, şərab
düşkünü olmasınlar və xeyirli şeyləri öyrədərək
4tərbiyə etsinlər ki, gənc qadınlar ərlərini və uşaqlarını sevsinlər, 5ağıllı-kamallı, ismətli, evdar, xeyirxah, öz
ərlərinə tabe olsunlar. O zaman Allahın kəlamına küfr olunmaz.
326 6 Gənc oğlanlara
da ağıllı-kamallı olmaq üçün nəsihət ver.
7Yaxşı işlər görərək hər şeydə özünü nümunə göstər. Təlimdə dürüst və ləyaqətli
olaraq 8tənqid olunmaz sağlam sözlər
danış ki, sənə qarşı çıxanlar bizim haqqımızda pis bir söz deyə bilməyib
utansın.
Titə
327 2:9 Qulları başa
sal ki, hər şeydə öz ağalarına tabe olsunlar, onları razı salsınlar. Qoy cavab
qaytarmasınlar, 10 oğurluq etməsinlər,
amma hər baxımdan etibarlı olduqlarını göstərsinlər. Beləliklə, Xilaskarımız
Allahın təlimini hər cəhətdən cazibəli etsinlər. 11Çünki Allahın bütün insanlara xilas gətirən
lütfü zühur etdi. 12Bu lütf bizə allahsızlığı
və dünyəvi ehtirasları rədd edib, bu dövrdə ağıllı-kamallı, saleh və möminliyə
uyğun bir ömür sürməyi öyrədir. 13Bu ərəfədə
bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin
izzətinin zühurunu gözləyək. 14O Özünü
bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib
Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın. 15Bunları tam bir səlahiyyətlə bildir, nəsihət
ver və məzəmmət et. Qoy heç kim sənə hörmətsizlik etməsin.
Titə
328 3:1 İmanlılara
xatırlat ki, başçılar və hakimlərə tabe olub itaət etsinlər.
329 Hər cür xeyirli iş
görməyə hazır olsunlar.
330 2 Heç kimə şər
atmasınlar, davakar deyil, mülayim olsunlar və bütün insanlarla həlim
davransınlar.
331 Mən bunların üzərində
dayanmağını istəyirəm ki, Allaha iman etmişlər xeyirxah işlərlə məşğul olmağa
diqqət yetirsinlər. Bu, insanlar üçün xeyirli və faydalıdır.
Titə
332 3:9 Lakin axmaq
mübahisələrdən, nəsil şəcərələrindən, münaqişələrdən, Qanunla bağlı dava-dalaşlardan
uzaq dur. Çünki bunlar faydasız və boş şeylərdir.
33310 Təfriqəçi
adamdan birinci və ikinci xəbərdarlıqdan sonra əlaqəni kəs. 11Belə adamın yolunu azmış və günahkar
olduğuna əmin ola bilərsən. O öz-özünü məhkum etmişdir.
İbranilərə
334 3:12 Diqqətli olun
ki, sizlərdən heç birinizdə var olan Allahdan uzaqlaşan şər və imansız ürək
olmasın. 13Amma «bu gün» adlanan hər gün
bir-birinizi ürəkləndirin ki, heç biriniz günahın aldadıcılığı ilə inadkar
olmasın.
İbranilərə
335 13:1 Aranızda
daimi qardaşlıq sevgisi olsun.
336 2 Qonaqpərvər
olmağı da unutmayın, çünki belə davranan bəziləri bilmədən mələklərə qonaqpərvərlik
göstərmişlər.
337 3 Özünüzü həbsdə olanların yerinə qoyaraq
onları yada salın. Əzab-əziyyət içində olanları da elə xatırlayın ki, sanki
özünüz onlarla birgə əzab-əziyyət çəkirsiniz.
338 4 Qoy hər kəs
nikaha hörmətlə yanaşsın.
339 Qoy ər-arvad
yatağı murdarlanmasın. Çünki Allah əxlaqsızları və zinakarları mühakimə edəcək.
İbranilərə
340 13:5 Həyatınız
pulpərəstlikdən azad olsun, nəyiniz varsa, ona qane olun.
341 7 Allahın kəlamını
sizə danışan rəhbərlərinizi yada salın. Onların həyat tərzinin nəticəsinə baxıb
imanlarını nümunə olaraq götürün.
342 9 Müxtəlif və yad
təlimlərlə yoldan azmayın, çünki ürək yeməklərlə deyil, Allahın lütfü ilə qüvvətlənsə,
yaxşıdır. Bu cür yemək qaydalarına riayət edənlər bir xeyir görmədilər.
343 16 Xeyirxahlıq etməyi
və varınızı başqaları ilə bölüşməyi unutmayın, çünki Allah bu cür qurbanlardan
razı qalır.
Yaqub
346 31:5 Əgər sizlərdən
birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən
Allahdan diləsin və ona veriləcək. 6Amma
qoy heç şübhə etmədən, imanla diləsin. Çünki şübhə edən adam küləyin qaldırdığı
və hərəkətə gətirdiyi dəniz dalğasına bənzəyir.
7Qoy belə adam düşünməsin ki, Rəbdən bir şey alacaq. 8O qərarsızdır, heç bir yolunda sabit deyil.
347 19 Qoy hər bir
adam eşitməkdə cəld, söz söyləməkdə təmkinli və qəzəblənməkdə də təmkinli
olsun. 20Çünki insanın qəzəbi Allahın
salehliyini hasil etmir. 21Buna görə də
hər cür murdarlığı və dolub-daşan pisliyi kənara ataraq ürəyinizə əkilən,
canlarınızı xilas etməyə qadir olan kəlamı həlimliklə qəbul edin. 22Bu kəlamın icraçısı olun, yalnız eşidənlər
olub özünüzü aldatmayın.
Yaqub
348 3:1 Müəllimlər
daha ciddi bir mühakimədən keçəcəyik. Bu səbəbə görə də çoxunuz müəllim
olmayın. Sözləri ilə büdrəməyən bir kimsə bütün bədəni də yüyənləyə bilən kamil
bir insandır.
349 3 Aranızda müdrik
və dərrakəli olan varmı? Qoy o öz yaxşı həyat tərzi ilə, müdriklikdən yaranan həlimliklə
yaxşı əməllərini göstərsin.
350 14 Amma ürəyinizdə
acı qısqanclıq, xudbin ehtiras varsa, öyünməyin və həqiqəti inkar etməyin. 15Belə müdriklik yuxarıdan nazil olan
müdriklik deyil, ancaq dünyəvi, ruhani olmayan və şeytani müdriklikdir. 16Çünki harada qısqanclıq və xudbin ehtiras
varsa, orada qarışıqlıq və hər cür pis əməl vardır.
Yaqub
351 4:7 Buna görə də
Allaha tabe olun. İblisə qarşı durun və o sizdən qaçacaq.
352 8 Allaha
yaxınlaşın, O da sizə yaxınlaşacaq.
353 Ey günahkarlar, əllərinizi paklayın!
354 Ey qərarsız insanlar, ürəklərinizi
saflaşdırın!
355 10 Rəbbin önündə özünüzü aşağı tutun, O da
sizi ucaldacaq.
356 11 Bir-birinizi
pisləməyin. Qardaşını pisləyən yaxud qardaşını mühakimə edən kəs Qanunu pisləyir
və Qanunu mühakimə edir.
Yaqub
357 4:17 Deməli, kimsə
bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir.
358 5:7 Rəbbin
zühuruna qədər səbirli olun. Görün əkinçi birinci və axırıncı yağış yağanacan səbir
edərək torpağın qiymətli məhsulunu gözləyir.
8Siz də səbirli və ürəkli olun, çünki Rəbbin zühuru yaxındır.
359 9 Mühakimə
olunmamaq üçün bir-birinizdən gileylənməyin. Budur, Hakim qapı arxasında
durur!
360 10 Rəbbin adı ilə
danışmış peyğəmbərləri əzablara tab gətirmək və səbir nümunəsi kimi götürün.
Yaqub
361 5:13 Aranızda əzab
çəkən varmı? Qoy dua etsin.
362 Şadlanan varmı?
Qoy ilahi oxusun.
363 14 Aranızda xəstə
olan varmı? Qoy imanlılar cəmiyyətinin ağsaqqallarını çağırtdırsın. Onlar da Rəbbin
adına onu yağla məsh edərək dua etsinlər.
15İmanla edilən dua xəstəni sağaldacaq və Rəbb onu ayağa qaldıracaq. Əgər
o adam günah edibsə, bağışlanacaq.
364 16 Beləliklə,
günahlarınızı bir-birinizə etiraf edin və
365 Bir-biriniz üçün
dua edin ki, sağalasınız. Saleh adamın duası çox güclü və təsirlidir.
İNCİL/1Peter
366 1:13 Buna görə
ağlınızı toplayıb ayıq durun.
367 Ümidinizi
bütünlüklə İsa Məsihin zühurunda sizə veriləcək lütfə bağlayın.
368 14 İtaətkar
uşaqlar kimi cahil ikən qapıldığınız əvvəlki ehtiraslara uymayın. 15Amma sizi çağıran Allah müqəddəs olduğuna
uyğun olaraq siz də bütün həyat tərzinizdə müqəddəs olun,
369 17Tərəfkeşlik etmədən
öz əməlinə görə hər kəsi mühakimə edən Allahı «Ata» deyə çağırdığınız üçün bu
qürbət dünyadakı vaxtınızı Allah qorxusunda keçirin.
1Peter
370 1:22 Həqiqətə itaət
edərək ürəklərinizi saflaşdırıb riyasız qardaşlıq məhəbbətinə sahib oldunuz.
Buna görə bir-birinizi var gücünüzlə səmimi qəlbdən sevin.
371 2:1 Beləliklə, hər
cür pisliyi, hiyləni, ikiüzlülüyü, paxıllığı və hər cür böhtançılığı üzərinizdən
atın. 2Anadan təzə olmuş çağalar kimi
pak ruhani südə susayın ki, bununla bəslənib böyüyərək xilasa nail
olasınız.
372 4 İnsanların rədd
etdiyi, amma Allahın qiymətli sayıb-seçdiyi diri Daşa, Rəbbə yaxınlaşaraq 5özünüz də diri daşlar kimi hörülün ki,
ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə
Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz.
1Peter
373 2:11 Cana qarşı
mübarizə aparan cismani ehtiraslardan uzaqlaşın. Çünki siz bu dünyada qərib və
gəlməsiniz.
374 12 İmanlı
olmayanların arasında yaxşı həyat tərzi sürün ki, sizi pislik edən adamlar kimi
təqsirləndirib böhtan atsalar da, yaxşı işlərinizi müşahidə edib Allahın onlara
yaxınlaşdığı gündə Onu izzətləndirsinlər.
375 13 İnsanın
yaratdığı hər quruma Rəbb naminə tabe olun; həm ali hakimiyyət olduğuna görə
padşaha, 14həm də pislik edənləri cəzalandırmaq,
yaxşılıq edənləri də tərifləmək üçün onun tərəfindən göndərilən valilərə tabe
olun. 15Çünki Allahın iradəsi yaxşılıq
edərək axmaqların cahilliyini susdurmanızdır.
bəhanə saymayıb Allahın qulları olaraq yaşayın.
1Peter
376 2:16 Azad insanlar
kimi yaşayın. Amma azadlığınızı pislik etmək üçün bəhanə saymayıb Allahın
qulları olaraq yaşayın.
377 17 Hamıya hörmət
edin.
378 İmanlı
bacı-qardaşları sevin,
379 Allahdan qorxun,
380 Padşaha hörmət
edin.
381 18 Ey xidmətçilər!
Yalnız xeyirxah və mülayimlərə deyil, zalım ağalarınıza da tam ehtiramla tabe
olun.
1Peter
382 3:1 Ey arvadlar,
siz də eyni tərzdə öz ərlərinizə tabe olun. Əgər onlardan bəzisi Allahın kəlamına
itaət etməzsə, siz arvadların ismətli, ehtiramlı həyat tərzinizi müşahidə
etsinlər; beləcə onları dinməz-söyləməz qazana bilərsiniz.
383 3 Qoy sizin bəzəyiniz
saçlarınızı hörüb qızıl bər-bəzək taxmaq və gözəl geyimlər geyməklə zahiri şeylər
deyil, 4gizli olan daxili varlığınız, həlim
və sakit ruhun solmayan gözəlliyindən ibarət olsun. Bu, Allahın qarşısında çox
dəyərlidir.
384 7 Ey ərlər, siz də
bunun kimi arvadlarınızla ədəblə, onların daha zərif varlıqlar olduğuna uyğun
davranın. Sizinlə birlikdə Allahın lütf etdiyi həyatı irs olaraq aldıqlarına
görə onlara hörmət göstərin ki, dualarınıza maneçilik törədilməsin.
1Peter
385 3:8 Nəhayət,
hamınız həmfikir olun. Başqalarının hər bir hissinə şərik olun, bir-birinizi
qardaşlıq məhəbbəti ilə sevin, rəhmli və itaətkar olun.
386 9 Pisliyə pisliklə,
söyüşə də söyüşlə cavab verməyin, əksinə xeyir-dua edin. Çünki bunun üçün
çağırılmısınız ki, xeyir-duaları irs olaraq alasınız.
387 14 İnsanların hədə-qorxu
gəlməsindən qorxmayın və lərzəyə düşməyin.
38815 Məsihi Rəbb
kimi ürəyinizdə müqəddəs tutun
1Peter
389 3:15 Daxilinizdə
olan ümid barəsində sizdən hesabat istəyən hər kəsə cavab vermək üçün hazır
olun. 16 Vicdanınızı təmiz tutaraq bunu həlimliklə və ehtiramla edin ki, Məsihdə
olan yaxşı davranışınızı təhqir edənlər sizə atdıqları böhtandan
utansınlar.
390 4:1 Beləliklə, Məsih
cismən əzab çəkdiyinə görə siz də eyni düşüncələrlə silahlanın. Çünki cismən əzab
çəkən günahdan vaz keçmişdir. 2Nəticədə
cisimdə qalan vaxtını isə artıq bəşəri ehtiraslara görə deyil, Allahın iradəsinə
görə yaşayır.
391 9 Şikayət etmədən
bir-birinizə qonaqpərvərlik göstərin.
1Peter
392 4:10 Hər kəs Allahın
çoxcəhətli lütfünün yaxşı idarəçiləri kimi aldığı ənama görə bir-birinə xidmət
etsin.
393 11 Kim danışırsa,
Allahın sözlərini danışan kimi danışsın.
394 Kim xidmət edirsə,
Allahın verdiyi qüvvətlə xidmət etsin. Beləcə Allah hər şeydə İsa Məsih vasitəsilə
izzətlənəcək.
395 12 Sevimlilər,
sizi sınamaq üçün aranızda baş verən odlu imtahana sanki başınıza gələn qəribə
bir iş kimi təəccüb etməyin. 13Əksinə, Məsihin
əzablarına nə qədər şərik olursunuzsa, o qədər sevinin ki, Onun izzətli
zühurunda hədsiz sevinəsiniz.
1Peter
396 4:15Lakin heç
biriniz qatil, oğru ya başqa cür cinayətkar kimi yaxud başqalarının işinə
qarışan şəxs kimi əzab çəkməsin.
397 16Amma bir insan məsihçi
kimi əzab çəkirsə, qoy bundan utanmasın, bu adı daşıyaraq Allahı izzətləndirsin. 17Çünki mühakimənin Allahın ev xalqından
başlandığı vaxt gəlir. 19Bunun üçün qoy Allahın iradəsinə görə əzab çəkənlər
yaxşılıq edərək həyatlarını sadiq olan Yaradana həvalə etsinlər.
398 5:1 Ey aranızda
olan ağsaqqallar! 2Allahın sizə həvalə etdiyi
sürüsünü (Cəmiyyəti) otarın. Ona zorla yox, könüllü və Allahı razı salan tərzdə,
haqsız qazanca həris olmadan, həvəslə nəzarət edin. 3Sizə tapşırılanlar üzərində ağalıq etməyin,
amma sürüyə nümunə olun.
1Peter
399 5:5 Eyni ilə, siz
də, ey gənclər, ağsaqqallara tabe olun.
400 Hamınız
bir-birinizə itaətkarlıq göstərin. Çünki «Allah məğrurlara qarşıdır, itaətkarlara
isə lütf göstərər».
401 6 Allahın qüdrətli
əli altında özünüzü aşağı tutun, onda Allah sizi vaxtı çatanda ucaldacaq. 7Bütün qayğı yükünüzü Ona ötürün, çünki O
sizin qayğınıza qalır.
402 8 Ayıq durun, oyaq
olun. Çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan
kimi dolaşır. 9Möhkəm imanla ona qarşı
durun. Bilin ki, bütün dünyada bacı-qardaşlarınız da eyni cür əzab çəkirlər.
2 Peter
403 1:5 Elə buna görə
də siz bütün səylə imanınıza alicənablıq, alicənablığınıza bilik, 6biliyinizə nəfsə hakim olmaq, nəfsə hakim
olmağınıza dözüm, dözümünüzə möminlik,
7möminliyinizə qardaşlıq sevgisi və qardaşlıq sevgisinə məhəbbət əlavə
edin. 8Çünki əgər bunlar sizdə varsa və
artırsa, sizi Rəbbimiz İsa Məsihi tanımaqda fəaliyyətsiz və səmərəsiz olmaqdan
qoruyacaq. 10Beləliklə, çağırıldığınızı
və seçildiyinizi təsdiq etmək üçün daha da səy göstərin.
2 Peter
404 3:14 Allahın önündə
ləkəsiz və nöqsansız olaraq sülh içində yaşamağa səy göstərin.
405 17 Ey sevimlilər,
pozğun adamlar sizi aldadaraq yoldan azdırmasın və sabit vəziyyətinizdən
ayrılmayasınız deyə özünüzü qoruyun.
406 18 Lakin Rəbbimiz
və Xilaskarımız İsa Məsihin lütfündə və Onu tanımaqda böyüyün. Ona indi və əbədi
olaraq izzət olsun! Amin.
1 Yəhya
407 5:16 Əgər bir kəs
qardaşının ölümə aparmayan günah etdiyini görsə, qoy Allahdan onun sağ
qalmasını diləsin və beləcə ona – ölümə aparmayan günah edən kəsə həyat versin.
2 Yəhya
408 1:9 Həddi aşıb Məsihin
təliminə sadiq qalmayan hər kəs Allaha malik deyil, həmin təlimə sadiq qalan kəs
isə həm Ataya, həm də Oğula malikdir.
10Əgər bir kəs yanınıza gəlib sizə bu təlimi öyrətməsə, onu qonaq qəbul
etməyin və onunla salamlaşmayın. 11Çünki
onunla salamlaşan kəs onun şər əməllərinə şərik olur.
3 Yəhya
409 1:11 Ey sevimli,
pislikdən yox, yaxşılıqdan nümunə götür. Yaxşılıq edən Allahdandır.
Yəhuda
410 1:20 Siz isə,
sevimlilər, özünüzü ən müqəddəs olan imanınızın təməli üzərində inkişaf etdirin
411 Və Müqəddəs Ruhun
idarəsi ilə dua edin.
412 21 Rəbbimiz İsa Məsihin
əbədi həyata aparan mərhəmətini gözləyərək özünüzü Allah məhəbbətində qoruyun.
Yəhuda
413 1:22 Şübhə edən
adamlara qarşı mərhəmətli olun;
414 23 Başqalarını
oddan qaparaq xilas edin;
415 Digərlərinə isə mərhəmət
edin.
416 Amma qorxu içində
cismin ləkələdiyi paltardan belə, çəkinin.
Комментариев нет:
Отправить комментарий