XRİSTİANLIĞIN
QANUNLARI
Matta
1 5:23 Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin
zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, 24qurbanını
qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl,
qurbanını təqdim et.
2
25Səni
ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə
verməsin və zindana atılmayasan. 26Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu
verməyincə oradan əsla çıxmayacaqsan.
3 30 Əgər sağ əlin səni pis
yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv
olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır.
4 34 And içmə, nə göyə, çünki o, Allahın taxtıdır; 35nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də
Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir. 36Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və
ya qara edə bilməzsən. 37Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan
qalanı şər olandandır.
5 38 “Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini
eşitmisiniz. 39Mənsə sizə deyirəm ki, pis adama qarşı durma.
Əksinə, sağ üzünə şillə vurana o birini də çevir.
6 40 Səni məhkəməyə verib köynəyini götürmək istəyənə
üst paltarını da ver.
7 41Kim səni
min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get.
8 42 Səndən bir şey diləyənə ver, səndən borc istəyəni
geri qaytarma.
9 43“Qonşunu sev və düşməninə nifrət et”
deyildiyini eşitmisiniz. 44Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin,
sizi təqib edənlər üçün dua edin. 45Belə ki siz göylərdə olan Atanızın övladları
olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur,
yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. 46Əgər sizi
sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi?
47Əgər
yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş
olursunuz? Bütpərəstlər də belə etmirmi? 48Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz
də kamil olun.
Matta 6
10 1 Ehtiyatlı olun, siz saleh iş görəndə bunu
insanların önündə, onlara göstərmək üçün etməyin. Yoxsa göylərdə olan Atanızdan
mükafat almazsınız.
11 2 Ona görə də sədəqə verdiyin zaman önündə şeypur səsi ilə car çəkmə.
Çünki adamlar onları izzətləndirsin deyə ikiüzlülər sinaqoqlarda və küçələrdə
belə edirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar.
12 5 Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın.
Çünki belələri adamlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub
dua etməyi sevirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 3Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin
nə etdiyini bilməsin. 4Belə ki verdiyin sədəqə gizli qalsın. Gizlində olanı görən
Atan səni mükafatlandıracaq.
13 7 Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin.
Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. 8Siz onlara bənzəməyin!
Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir.
14 16 Oruc tutduğunuz zaman ikiüzlülər kimi
qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini
tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar.
15 17 Amma sən oruc tutanda
başına yağ çək və üzünü yu. 18Belə ki insanlara deyil, gizlində olan
Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.
16 19 Yer üzündə özünüzə
xəzinələr yığmayın. Orada güvə və pas
onları məhv edər ya da oğrular girib oğurlayar. 20Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə
güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar. 21 Çünki xəzinən
haradadırsa, ürəyin də orada olacaq.
17 25 Buna görə sizə deyirəm:
“Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə
bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib
deyilmi? 26Göydə uçan quşlara baxın: onlar nə əkir, nə
biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz
onlardan daha qiymətli deyilsinizmi? 27Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər?
28Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün
çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir. 29Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan
Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. 30Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu
Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? 31Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik?”
deyə qayğı çəkməyin. 32Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da,
Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. 33Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun
salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. 34Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü
üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir!
Matta 7
18 1Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız.
2Çünki hansı hökmlə mühakimə etsəniz,
onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də
eyni ölçü ilə ölçüləcək.
19 6 Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın;
yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar.
20 7 Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız,
qapını döyün və sizə açılacaq. 8Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə
açılar. 9Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi?
10Ya da
balıq diləsə, ona ilan verərmi? 11Beləliklə, siz pis olduğunuz halda öz
övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın
Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir!
21 12 İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə,
siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə
budur.
22 13 Dar qapıdan girin. Çünki həlaka aparan qapı
geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur. 14Amma həyata
aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır.
23 15 Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar
yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar. 16Onları bəhrələrindən
tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı? 17Beləcə də
hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər. 18Yaxşı ağac
pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz. 19Yaxşı bəhrə
verməyən hər ağac kəsilər və oda atılar. 20Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən
tanıyacaqsınız.
Matta 10
24 :8 Xəstələrə şəfa verin, ölüləri dirildin,
cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin.
25 9 Qurşağınızda nə qızıl, nə gümüş, nə də mis
götürün.
26 10 Yol üçün nə torba, nə iki köynək, nə çarıq, nə
də əsa götürün. Çünki işçi öz azuqəsinə layiqdir.
27 11Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli
kimdirsə, axtarın və yola çıxanacan onun evində qalın.
28 12 O evə girərkən ev sakinlərini salamlayın.
13Əgər ev
layiqdirsə, əmin-amanlığınız onun üzərinə gəlsin; layiq deyilsə, əmin-amanlığınız
özünüzə qayıtsın.
29 14 Kim sizi qəbul etməyib sözlərinizi dinləməzsə,
o evdən və ya şəhərdən çıxarkən ayaqlarınızın tozunu çırpın. 15Sizə
doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorra diyarının halı o şəhərin
halından daha asan olacaq.
30 16 Budur, sizi qurdlar
arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi
məsum olun.
31 17 İnsanlardan özünüzü
gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarında qamçılayacaqlar.
18Onlara və millətlərə
şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısına
aparılacaqsınız. 19Onlar sizi təslim
edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin
vaxt sizə bildiriləcək, 20çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur
32 23 Sizi bir şəhərdə təqib
edəndə başqasına qaçın.
33 27 Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin
və qulağınıza pıçıldananı damlardan bəyan edin
34 28 Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni
cəhənnəmdə məhv edə bilən Allahdan qorxun.
Matta 18
35 8 Əgər əlin və ya ayağın
səni pis yola çəkərsə, onu kəs at. Sənin əbədi həyata şikəst və ya topal daxil
olmağın iki əl və iki ayaqla əbədi oda atılmağından yaxşıdır.
36 9 Əgər gözün səni pis
yola çəkərsə, onu çıxarıb at. Sənin tək gözlə əbədi həyata daxil olmağın iki
gözlə cəhənnəm oduna atılmağından yaxşıdır.
37 15 Əgər qardaşın sənə qarşı günah işlədərsə, get,
onun günahını ona göstər. Qoy hər şey yalnız ikinizin arasında qalsın. O sənə
qulaq asarsa, qardaşını qazandın. 16Amma qulaq asmazsa, özünlə bir və ya iki nəfər
götür ki, “hər iddia iki yaxud üç şahidin sözü ilə təsdiq edilsin”. 17Əgər o bu
adamların da sözünə qulaq asmaq istəməsə, vəziyyəti imanlılar cəmiyyətinə
bildir. Əgər cəmiyyətin də sözünə qulaq asmaq istəməsə, onu bir bütpərəst və
vergiyığan hesab et. 18Sizə doğrusunu deyirəm: yer üzündə
bağlayacağınız hər şey göydə bağlanmış olacaq və yer üzündə açacağınız hər şey
göydə açılmış olacaq.
Matta 19
38 14 Amma İsa dedi: «Uşaqları buraxın, qoy Mənim
yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Səmavi Padşahlıq belələrinə məxsusdur».
39 21 İsa ona dedi: «Əgər kamil olmaq istəyirsənsə,
get, əmlakını sat və yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra
qayıt, Mənim ardımca gəl».
Matta 23
40 2 dedi: «İlahiyyatçılar
və fariseylər Musanın kürsüsündə oturmuşlar.3Buna
görə də sizə əmr etdikləri hər şeyə riayət və əməl edin. Amma onların etdiklərini
etməyin, çünki söyləyərlər, amma riayət etməzlər. 4Ağır və çətin daşına bilən yükləri bağlayıb insanların çiyninə
yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə, tərpətmək
istəməzlər. 5Onlar öz əməllərinin hamısını insanlar görsün
deyə edərlər.
41 8 Amma kimsə sizi “Rabbi” deyə çağırmasın. Çünki
sizin bir Müəlliminiz var. Siz hamınızsa qardaşsınız.
42 9 Yer üzündə kimsəyə “ata” deməyin. Çünki bir Atanız var, O da Səmavi
Atadır.
43 10 Kimsə sizə “rəhbər” deməsin. Çünki bir Rəhbəriniz
var, O da Məsihdir.
44 11 Aranızda ən böyük olan xidmətçiniz olsun.
12Kim özünü
yüksəldərsə, aşağı tutulacaq və kim özünü aşağı tutarsa, yüksəldiləcək.
Matta
24
45 15 Beləliklə, Daniel peyğəmbərin bəhs etdiyi viranəlik
gətirən iyrənc şeyin Müqəddəs məkanda qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan
bunu anlasın – 16Yəhudeyada olanlar dağlara qaçsın. 17Damda olan
evindəki əşyaları götürmək üçün aşağı enməsin. 18Tarlada
olan üst paltarını götürmək üçün geri qayıtmasın. 19Həmin günlər
hamilələrin və körpə əmizdirənlərin vay halına!
46 23 O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih
buradadır” yaxud da “oradadır”, inanmayın. 24Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər
törəyəcək. Onlar böyük əlamətlər və xariqələr göstərəcəklər ki, imkan
taparlarsa, seçilmişləri də aldatsınlar. 25Bax Mən sizə əvvəlcədən söyləmişəm. 26Ona görə
sizə “bax, O çöldədir” desələr də, çıxmayın. “Bax, O daxili otaqlardadır” desələr
də, inanmayın. 27Çünki şimşək şərqdə çaxıb qərbdə belə, göründüyü kimi Bəşər Oğlunun zühuru da elə olacaq. 28Leş
haradadırsa, kərkəslər də orada toplaşar.
47 42 Ona görə də oyaq olun. Çünki Rəbbinizin hansı
gün gələcəyini bilmirsiniz. 43Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun
gecə hansı saatda gələcəyini bilsəydi, oyaq qalıb evinin yarılmasına imkan verməzdi.
48 44Buna görə
siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək.
49 9 Gedin, bütün millətləri Mənim şagirdim edin; onları
Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin;
50 20 sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara
öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm».
Luka 21
51 34 Özünüzə fikir verin!
Qoy ürəkləriniz eyş-işrət və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin.
Qoy qiyamət günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin.
52 36 Ona görə də baş verəcək bütün bu fəlakətlərdən qaçıb Bəşər Oğlunun önündə
dura bilmək üçün hər an dua edərək ayıq olun».
Luka 22
53 26 Amma siz belə olmayın. Aranızda ən böyük olan ən kiçik kimi olsun və rəhbərlik
edən xidmətçi kimi olsun.
54 36 (Ruhani Qılınc, yəni
Allah Kəlamı) Qılıncı olmayan da öz
paltarını (məcazi mənada) satıb
qılınc alsın.(Ruhani Qılınc, yəni Allah Kəlamı)
Yəhya
13
55 14 İndi ki Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz
də bir-birinizin ayaqlarını yumalısınız. 15Çünki sizə nümunə göstərdim ki, Mənim sizə
etdiyimi siz də bir-birinizə edəsiniz.
56 34 Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi
siz də bir-birinizi sevin. 35Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün
insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz».
Yəhya
15
. 57 9 Mənim məhəbbətimdə qalın.
58 12 Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin.
Romalılara 6
59 11 Beləcə
siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə
diri sayın.
60 12 Ona görə də qoymayın ki, günah sizin fani bədəninizə
hökmranlıq etsin və siz də bədəninizin ehtiraslarına itaət edəsiniz.
61 13 Bədəninizin üzvlərini də haqsızlıq aləti olmaq
üçün günaha təslim etməyin; əksinə, özünüzü ölülər arasından dirilənlər kimi
Allaha, bədəninizin üzvlərini də salehlik aləti olmaq üçün yenə Allaha təslim
edin.
62 19 Üzvlərinizi müqəddəs olmaq üçün salehliyə qul
kimi təslim edin.
Romalılara 12
63 1 Bədənlərinizi diri, müqəddəs və Allahı razı
salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir.
64 2 Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi
ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz.
65 3 Lazım olduğundan artıq özünüz barədə yüksək
fikirdə olmayın; lakin hər biriniz Allahın ona verdiyi imanın ölçüsünə görə
ağıl-kamalla düşünün
66 6 Bir kəsin ənamı peyğəmbərlikdirsə,
imanının ölçüsünə görə peyğəmbərlik etsin;
67 7 Ənamı xidmətdirsə,
xidmət etsin;
68 Müəllimlikdirsə, öyrətsin;
69 8 Nəsihət verəndirsə, nəsihət versin;
70 Pay verəndirsə, səxavətlə,
71 Rəhbərdirsə, səylə,
72 Mərhəmət göstərəndirsə, sevinə-sevinə öz
işini görsün.
73 9 Qoy məhəbbətiniz riyasız olsun.
74 Pislikdən ikrah edin, yaxşılığa bağlanın.
75 10 Qardaşlıq sevgisi ilə bir-birinizi
sevin.
76 Hörmət göstərməkdə bir-birinizi qabaqlayın.
77 11 Səyiniz azalmasın,
78 Ruhunuz alovlu olsun.
79 Rəbbə qulluq edin.
80 12 Ümidinizlə sevinin.
81 Əziyyətdə dözümlü olun.
82 Dayanmadan dua edin.
83 13 Ehtiyac içində olan müqəddəslərə yardım
etməyə şərik olun.
84 Qonaqpərvər olmağa səy göstərin.
85 14 Sizi təqib edənlərə xeyir-dua verin;
lənət yox, xeyir-dua verin.
86 15 Sevinənlərlə sevinin, ağlayanlarla
ağlayın.
87 16 Bir-birinizlə həmfikir olun;
88 Təkəbbürlü olmayın,
89
Məzlumlarla dostluq edin.
90 Özünüzü ağıllı saymayın.
91 17 Heç kimə pislik əvəzinə pislik etməyin.
92 Hamının gözündə yaxşı olan işlər görməyə
diqqət yetirin.
93 18 mkan daxilində bacardıqca bütün
adamlarla sülh içində yaşayın.
94 19 Ey sevimlilər, heç kəsdən qisas almayın.
95 21
Pislik sənə üstün gəlməsin,
96 Pisliyə yaxşılıqla qalib gəl.
Romalılara 13
97 1 Hər kəs başçılıq edən hakimiyyətlərə tabe
olsun. Çünki Allah tərəfindən təyin olunmayan hakimiyyət yoxdur; mövcud olan
hakimiyyətlər Allah tərəfindən təyin olunub. 2Buna görə də hakimiyyətə
qarşı çıxan adam Allahın təyin etdiyinin əleyhinə çıxır və əleyhinə çıxan belələri
özlərini mühakiməyə düçar edir. 3Çünki yaxşı iş görənlər deyil, pis iş
görənlər hökmdarlardan qorxmalıdır.
98 7 Beləliklə, hər kəsə öz haqqını verin:
vergi haqqı olana vergi, gömrük haqqı olana gömrük, qorxu haqqı olana qorxu,
hörmət haqqı olana hörmət.
99 8 Bir-birinizi sevməkdən başqa heç nədə
heç kimə borclu qalmayın; çünki başqasını sevən Qanunu yerinə yetirmiş
olur.
100 14 Rəbb
İsa Məsihə bürünün və cismani təbiətinizin ehtiraslarına uymaq fikrində
olmayın.
Romalılara 14
101 1 İmanı zəif
olanı qəbul edin, amma onun fikirləri ilə mübahisəyə girişməyin. 2Biri
inanır ki, hər şeyi yeyə bilər, amma imanı zəif olan yalnız tərəvəz yeyir.
3Yeyən yeməyənə xor baxmasın, yeməyən də yeyəni mühakimə etməsin. Çünki
Allah onu qəbul edib.
102 5 Qoy hər kəs öz fikrinə əmin olsun.
103 13 Heç bir qardaşın önünə onu büdrədən yaxud pis
yola çəkən bir şey qoymayasınız.
104 15 Uğrunda Məsihin öldüyü adamı öz yeməyinə
görə həlaka təslim etmə.
105 16 İmkan verməyin ki, sizin yaxşı hesab
etdiyiniz bir şey pislənsin. 17Çünki Allahın Padşahlığı yemək-içməkdən
ibarət deyil, Müqəddəs Ruhda salehlik, sülh və sevincdən ibarətdir.
106 19 Beləliklə, özümüzü sülh gətirən və
bir-birimizi inkişaf etdirən işlərə həsr edək.
107 20 Qidaya görə Allahın işlərini pozma!
Hamısı təmizdir. Amma yeməyi ilə başqasının büdrəməsinə səbəb olan adam pislik
edir. 21Ət yeməyərək, şərab içməyərək qardaşının büdrəməsinə səbəb
olmayan isə yaxşılıq edir. 22Bu məsələlərdə etiqadını Allahın önündə öz
ürəyində saxla. Seçdiyi bir işdə özünü mühakimə etməyən adam nə bəxtiyardır!
23Amma bir yeməyə şübhə edən adam o yeməyi yeyirsə, məhkum olur. Çünki
gördüyü iş imana əsaslanmır və imana əsaslanmayan hər şey günahdır.
Romalılara 15
108 1 Biz imanı güclü olanlar imanı gücsüz
olanların zəifliklərinə dözməliyik və yalnız özümüzü razı salmamalıyıq.
109 2 Hər birimiz yaxşılıq naminə inkişaf etdirmək məqsədi
ilə qonşumuzu razı salaq. 3Çünki Məsih də Özünü razı salmadı. Necə ki
yazılıb: «Səni təhqir edənlərin təhqirləri altında qaldım».
110 7 Buna görə də Məsih sizi qəbul etdiyi kimi
siz də Allahın izzəti üçün bir-birinizi qəbul edin.
111 16 Bir-birinizi müqəddəs
öpüşlə salamlayın. Məsihin bütün cəmiyyətləri sizə salam göndərir.
112 17 Öyrəndiyiniz təlimin əleyhinə çıxaraq ayrılıq
salan və büdrəməyə səbəb olan adamlara nəzarət edin və onlardan uzaq durun.
1 Korinflilərə 1
113 10 Hamınız həmfikir olun. Qoy aranızda dəstəbazlıq
olmasın, eyni düşüncədə və eyni ağılda birləşin.
1 Korinflilərə 4
114 5 Buna görə də münasib vaxtdan əvvəl, yəni
Rəbb gəlməyənədək heç bir işi mühakimə etməyin. O gəlib qaranlıqda gizlənən
şeylərə işıq salacaq və insan ürəklərinin niyyətlərini aşkara çıxaracaq. Onda hər
kəs Allahdan ona düşən tərifi alacaq.
115 6 Heç kim başqasının qarşısında lovğalanıb o
birisinə xor baxmasın.
1 Korinflilərə 5
116 11 Özünü bacı-qardaş adlandırıb, lakin əxlaqsızlıq,
tamahkarlıq, bütpərəstlik, böhtançılıq, əyyaşlıq və yaxud soyğunçuluq edənlə
ünsiyyətdə olmayın. Belələri ilə bir yerdə çörək belə, yeməyin.
117 13 Öz aranızdan pis adamı atın.
1 Korinflilərə 6
118 18 Cinsi əxlaqsızlıqdan uzaqlaşın. İnsanın etdiyi bütün
digər günahlar bədəndən kənardadır, amma əxlaqsızlıq edən öz bədəninə qarşı
günah edir. 19Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə
yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus deyilsiniz, 20çox
baha qiymətə satın alınmısınız. Beləliklə, bədəninizlə Allaha izzət gətirin.
1 Korinflilərə 7
119 2 Əxlaqsızlığın qabağını almaq üçün hər kişinin öz
arvadı, hər qadının da öz əri olsun.
120 Hər
qadının da öz əri olsun.
121 3 3Ər arvadına aid, arvad da ərinə
aid olan nikah borcunu yerinə yetirsin. 4Arvadın bədəni özünün yox, ərinin
ixtiyarındadır.
122 5 Müvəqqəti olaraq razılıqla, dua
üçün vaxt ayırmaqdan savayı bir-birinizi ər-arvadlıq təminatından məhrum etməyin.
Bundan sonra yenə də bir yerdə olun ki, nəfsinizə hakim olmadığınıza görə
Şeytan sizi sınağa çəkməsin.
123 10 Evli olanlara isə mən əmr edirəm,
qadın ərindən ayrılmasın.
124 11 Ayrılırsa, ərsiz qalmalıdır
125 Yaxud əri ilə barışmalıdır.
126 Ər də arvadını
boşamasın.
127 Əgər bir qardaşın iman etməyən arvadı var və
arvad onunla yaşamağa razıdırsa, əri onu boşamasın.
128 15 Bir arvadın iman etməyən əri
varsa və əri onunla yaşamağa razıdırsa, qoy arvadı ondan boşanmasın.
14Çünki iman etməmiş ər arvadı vasitəsilə təqdis olunur və iman etməmiş
arvad imanlı əri vasitəsilə təqdis olunur. Əks halda uşaqlarınız natəmiz
olardı, indi isə onlar müqəddəsdir.
129 15 İman etməyən ayrılırsa,
qoy ayrılsın. Qardaş ya da bacı belə hallarda məcburiyyət qarşısında deyil.
Allah sizi sülhdə yaşamağa çağırıb. 16Ey qadın, ərini xilas edib-etməyəcəyini
haradan bilirsən? Yaxud sən, ey ər, arvadını xilas edib-etməyəcəyini haradan
bilirsən?
130 17 Amma hər kəs Allahın ona təyin etdiyi kimi Rəbbin
çağırışına uyğun həyat sürsün. Bunu bütün cəmiyyətlərə əmr edirəm.
131 18 Əgər bir nəfər sünnətli olaraq çağırış aldısa, sünnət
olunmanı aradan qaldırmasın.
132 Digəri isə sünnətsiz olaraq çağırış
aldısa, qoy sünnət olunmasın. 19Sünnətlilik də, sünnətsizlik də əhəmiyyət
kəsb etmir, əhəmiyyət kəsb edən isə Allahın əmrlərini yerinə yetirməkdir.
133 20
Qoy hər kəs çağırış
aldığı vaxt nə vəziyyətdə idisə, elə də qalsın. 21Çağırış alanda qul
idinsə, fikir eləmə. Amma əgər azad olmağa imkanın varsa, bu fürsəti əldən
vermə. 22Çünki Rəbdə çağırış alan vaxt qul artıq Rəbbin azad insanıdır.
Eləcə də çağırış alan vaxt azad insan Məsihin quludur. 23Siz çox baha
qiymətə satın alınmısınız,
134 İnsanlara qul olmayın!
135 27 Arvadınla nikahla
bağlısansa, ondan azad olmağını arzu etmə. Arvadın yoxdursa, özünə arvad
axtarma. 28Amma evlənməyin günah deyil. Qızın da ərə getməsi günah deyil.
Amma belə adamlar bu həyatda əziyyət çəkəcəklər.
136 29 Arvadı olanlar
olmayanlar kimi, 30yas tutanlar tutmayanlar kimi, sevinənlər sevinməyənlər
kimi, mal alanlar malı olmayanlar kimi, 31bu dünyanın işlərindən
faydalananlar bu işlərdən uzaq olanlar kimi olsunlar. Çünki bu dünyanın indiki
vəziyyəti keçib-gedir. 32Sizin qayğısız olmanızı istəyirəm. Subay kişi Rəbbi
necə razı salmaq barəsində düşünüb Rəbbin işlərinin qayğısına qalır.
33Evli isə arvadını razı salmaqdan ötrü dünyəvi işlərin qayğısına qalır
34və diqqəti yayınır. Ərsiz qadın yaxud qız da Rəbbin işlərinin qayğısına
qalır ki, həm bədəndə, həm də ruhən müqəddəs olsun. Ərli qadın isə ərini razı
salmaqdan ötrü dünyəvi işlərin qayğısına qalır. 35Bunu azadlığınızı məhdudlaşdırmaq
üçün yox, yalnız sizin xeyrinizə deyirəm ki, ədəblə davranıb fikirlərinizi
dağıtmadan özünüzü Rəbbə həsr edəsiniz.
137 36 Əgər bir nəfər
nişanlandığı qızla düzgün davranmadığını düşünürsə, yaşı çatıb və evlənmək
lazım gəlirsə, qoy o adam istədiyini etsin. O, günah etmir. Qoy onlar evlənsin.
138 37 Amma kim ürəyində qəti
niyyət tutub, könüllü surətdə, öz nəfsinə hakim olaraq nişanlandığı qızla evlənməmək
qərarına gəlirsə, o adam da yaxşı edir. 38Buna görə də nişanlısı ilə evlənən
yaxşı edir, evlənməyənsə daha yaxşı edir. 39Arvad əri sağ ikən ona bağlı
qalır. Əgər əri vəfat etsə, arvad azaddır və kimə istəsə, ərə gedə bilər. Lakin
o kişi Rəbdə olmalıdır.
1 Korinflilərə 9
139 24 Qaçışda yarışanların hamısının qaçdığını, amma
təkcə bir nəfərin mükafat aldığını bilmirsinizmi? Elə qaçın ki, mükafatı
qazanasınız.
1 Korinflilərə 10
140 10 Deyinməyin, çünki (İsrai övladlarından) onlardan
da bəziləri deyindi və məhvedici mələk onları öldürdü.
141 10 Buna görə də kim ayaq üstə durduğunu düşünürsə,
ehtiyatlı olsun ki, yıxılmasın. 13Siz insanın qarşılaşdığı sınaqdan başqa
bir sınaqla qarşılaşmadınız. Allah sadiqdir və O sizi gücünüzdən artıq sınağa çəkilməyə
qoymaz. Sınaqla yanaşı bu vəziyyətdən çıxış yolu ilə də təmin edəcək ki, tab gətirə
biləsiniz
142 14 Beləliklə, ey sevimlilərim, bütpərəstlikdən
uzaqlaşın. 15Mən ağıllı insanlara xitab edirəm. Dediklərimi siz özünüz
araşdırın. 16Xeyir-dua verdiyimiz xeyir-dua kasası Məsihin qanına şəriklik
deyilmi? Böldüyümüz çörək Məsihin bədəninə şəriklik deyilmi? 17Çörək bir
olduğu kimi biz də çox olduğumuz halda bir bədənik. Çünki hamımız bir çörəyi
bölüb yeyirik. 18Soy-kökünə görə İsrail xalqına nəzər salın: qurbanları
yeyənlər qurbangaha şərik deyilmi? 19Belədirsə, mən nə demək istəyirəm?
Bütlərə təqdim olunan qurban ətinin bir əhəmiyyəti varmı? Yaxud bütlərin əhəmiyyəti
varmı? 20Xeyr, amma deyirəm ki, bütpərəstlər qurbanlarını Allaha yox,
cinlərə gətirirlər. Cinlərlə şərik olmanızı istəmirəm. 21Siz həm Rəbbin
kasasından, həm də cinlərin kasasından içə bilməzsiniz; həm Rəbbin, həm də cinlərin
süfrəsindən yeyə bilməzsiniz.
143 24 Hər kəs öz xeyrini yox, başqalarının xeyrini
güdsün.
144 27 Əgər imanlı olmayanlardan biri sizi yeməyə dəvət
edir və siz getmək istəyirsinizsə, qabağınıza nə qoysalar, vicdan məsələsini
qaldırmadan yeyin.
145 28 Amma biri sizə desə ki, «bu, qurban ətidir»,
onda həm sizə bunu deyənin xatirinə, həm də vicdan xatirinə yeməyin.
146 31 Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə
edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin.
147 32 Yəhudilərin, Yunanların yaxud Allahın cəmiyyətinin
büdrəməsinə səbəb olmayın,
1 Korinflilərə 11
148 6 Əgər qadın başını örtmürsə, qoy saçlarını qısa
kəssin. Amma əgər qadın üçün saçını qısa kəsməsi yaxud qırxması ayıbdırsa, qoy
başını örtsün.
149 7 Beləliklə, kişiyə Allahın surəti və izzəti
olduğuna görə başını örtmək olmaz. Qadınsa kişinin izzətidir. 8Çünki kişi
qadından yox, qadın kişidən yarandı. 9Kişi qadın üçün yox, qadın kişi
üçün yaradıldı. 10Bu səbəbdən mələklərə görə qadının başı üzərində
ixtiyar olmalıdır. 11Hər halda Rəbdə nə qadın kişidən, nə də kişi
qadından müstəqildir. 12Çünki qadın kişidən yarandığı kimi kişi də qadın
vasitəsilə yaranır və hər şey Allahdan yaranır. 13Özünüz qərara gəlin,
Allaha başıaçıq dua etmək qadına yaraşarmı?
150 19 Çünki Allahın sınaqdan keçmiş adamları bəlli
olsun deyə aranızda firqələrə bölünmə olmalıdır!
1 Korinflilərə 12
151 31 Amma daha böyük ənamları səylə istəyin. İndi isə
sizə bundan da əla yol göstərəcəyəm.
1 Korinflilərə 14
152 1 Məhəbbətin ardınca gedin və ruhani ənamları,
xüsusilə, peyğəmbərlik ənamını səylə istəyin.
153 20 Əqlən uşaq olmayın. Pisliyə münasibətdə körpə olun,
amma əqlən yetkin olun.
154 27 Əgər kimsə naməlum dildə danışırsa, iki yaxud ən
çox üç adam növbə ilə danışsın, bir nəfər də izah etsin. 28Əgər izah edən
yoxdursa, naməlum dildə danışan cəmiyyətdə sussun, yalnız özü ilə və Allahla
danışsın.
155 29 İki ya üç peyğəmbər danışsın, başqaları isə
onların dediklərini ayırd etsin. 30Əgər oturanlardan birinə nazil olan
söz gələrsə, ilk danışan sussun. 31Çünki hamınız bir-birinizin ardınca
peyğəmbərlik edə bilərsiniz ki, hamınız təlim öyrənib ruhlanasınız.
32Peyğəmbərlərin ruhları da peyğəmbərlərə tabe olur. 33Çünki Allah
qarışıqlıq deyil, sülh qaynağıdır. Müqəddəslərin bütün cəmiyyətlərində belədir.
156 34 Qadınlar cəmiyyət toplantılarında sussun, çünki
onlara danışmağa icazə verilmir; onlar Qanunun da buyurduğu kimi tabe olsunlar.
157 38 Kim buna əhəmiyyət verməsə, ona da əhəmiyyət
verilməyəcək.
1 Korinflilərə 15
158 34 Ayılın, saleh olun, daha günaha batmayın.
159 58 Beləliklə, ey sevimli qardaşlarım, Rəbdə çəkdiyiniz
zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun, sarsılmayın, hər zaman Rəbbin
işində səylə çalışın.
1 Korinflilərə 16
160 13 Ayıq olun, imanda sabit durun, mərd və möhkəm
olun.
161 14 Qoy etdiyiniz hər bir əməl
məhəbbətlə olsun.
162 14 İmansızlarla eyni boyunduruğa girməyin. Çünki salehliklə qanunsuzluğun nə
şərikliyi var? İşıqla qaranlığın ortaq nəyi var? 15Məsihlə Belialın nə
uyğunluğu var? Yaxud imanlı ilə imansızın ümumi nəyi var? 16Allahın məbədi
ilə bütlərin sazişi ola bilərmi? Çünki biz var olan Allahın məbədiyik.
2 Korinflilərə 10
163 17 «Öyünən Rəbdə öyünsün». 18Çünki özü barədə zəmanət verən insan
yox, barəsində Rəbbin zəmanət verdiyi insan sınaqdan keçmiş olur.
2 Korinflilərə 13
163 5 Özünüzü yoxlayın və iman yolunda olub-olmadığınızı bilmək üçün sınaqdan
keçirin.
164 11 Sevinin. Bərpa olunun, təsəlli tapın, həmfikir olun,
sülh içində ömür sürün. Məhəbbət və sülh qaynağı olan Allah sizinlə olacaq.
12Bir-birinizi müqəddəs öpüşlə salamlayın.
Qalatiyalılara 6
165 1 Əgər bir adam bir təqsir üstündə tutulsa, siz
ruhanilər onu həlimlik ruhu ilə bərpa edin.
166 Sən də sınağa düşməmək üçün özünə fikir ver.
166 2 Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra
edin. 3Çünki əgər kimsə heç olduğu halda özünü əhəmiyyətli sanırsa,
öz-özünü aldadır. 4Qoy hər kəs öz əməlini yoxlasın və onda başqasının
etdikləri ilə deyil, yalnız öz etdikləri ilə fəxr edəcək. 5Çünki hər kəs
öz üzərinə düşən yükü daşımalıdır. 6Kəlam haqqında təlim alan, təlim verənlə
hər cür neməti bölüşdürsün.
167 6 Kəlam haqqında təlim alan, təlim verənlə hər cür neməti
bölüşdürsün.
Efeslilərə 4
168 2 2Tamamilə itaətkar və həlim, səbirli olub bir-birinizə məhəbbətlə
dözün.
169 3 Ruhun birliyini sülh bağı ilə qorumağa çalışın.
170 18 Başqa millətlər kimi boş düşüncələrlə həyat sürməyin.
18Onların şüurlarını qaranlıq alıb və mənəviyyatca nadan, qəlbən inadkar
olduqlarına görə Allah həyatına yad oldular. 19Həssaslığı hərtərəfli itirərək
hərisliklə hər cür murdar işlər üçün özlərini pozğunluğa verdilər.
171 22 İsada – Ondakı həqiqətə əsasən təlim
aldınız. 22Bu təlimə görə əvvəlki həyat tərzinizə məxsus olub aldadıcı
ehtiraslarla pozulmaqda olan köhnə mənliyi kənara atın,
172 23 ruhən və əqlən yeniləşin,
173 24 Əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə
bürünün.
. 174 25 Buna görə yalanı kənara atın, hər
biriniz öz qonşunuza həqiqəti söyləyin, çünki hamımız eyni bədənin üzvləriyik.
176 26 Qəzəblənərkən günah işlətməyin. Günəş
batmazdan əvvəl qəzəbinizi soyudub 27iblisə yer verməyin.
177 28 Oğurluq edən artıq oğurluq etməsin,
əksinə, zəhmət çəkib öz əlləri ilə yaxşı əməl etsin ki, ehtiyacı olanlarla
bölüşdürməyə bir şeyi olsun.
178 29 Ağzınızdan heç bir pis söz çıxmasın,
amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb
olan sözlər deyin.
179 30 Allahın Müqəddəs Ruhunu
kədərləndirməyin. Çünki satınalınma günü üçün o Ruhla möhürləndiniz.
180 31 Qoy hər cür kinlə birlikdə acılıq,
hiddət, qəzəb, çığırtı, böhtançılıq büsbütün sizdən uzaq olsun.
182 32 Amma bir-birinizə qarşı xeyirxah, rəhmli
olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.
Efeslilərə 5
183 1 Beləliklə, sevimli övladlar kimi Allahdan nümunə götürün.
184 2 Məsih bizi necə sevdisə, Özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim
və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün.
185 3 Əxlaqsızlığın, hər cür murdarlığın və yaxud tamahkarlığın adı belə,
aranızda çəkilməsin, çünki bunlar müqəddəslərə yaraşmaz.
186 6 Ədəbsizlik, boşboğazlıq və yaxud kobud zarafat da olmasın. Bunlar sizə
yaramaz. Bunun əvəzində qoy şükür olsun. 5Əlbəttə, bilirsiniz ki, heç bir
əxlaqsız, murdar yaxud bütpərəstə tay olan tamahkar adam Məsihin və Allahın
Padşahlığında irsə malik olmayacaq.
187 10 Rəbbi razı salan şeyləri ayırd edin,
187 11 qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa
edin. 12Belə ki qaranlıqdakıların gizlicə etdikləri şeyləri söyləmək də
ayıbdır. 13Nurun ifşa etdiyi hər şey aşkardır, 14bu cür nə aşkara
çıxırsa, özü də nur olur.
188 15 Beləliklə, həyat tərzinizə ciddi diqqət yetirin, müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün.
189 16 Hər fürsətdən istifadə edin, çünki günlər şərdir.
190 17 Buna görə ağılsız olmayın, Rəbbin iradəsini dərk edin.
191 18 Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə
Ruhla dolun.
192 19 Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun,
193 Rəbbə ürəkdən
nəğmələr çalıb-oxuyun.
194 20 Həmişə hər şeyə görə Rəbbimiz İsa Məsihin adı ilə Ata Allaha şükür
edin.
195 21 Məsih qorxusu ilə bir-birinizə tabe olun.
196 22 Ey qadınlar, Rəbbə tabe olduğunuz kimi ərlərinizə tabe olun.
23Çünki bədənin Xilaskarı olan Məsih imanlılar cəmiyyətinin Başı olduğu
kimi ər də arvadının başıdır. 24Ona görə cəmiyyət Məsihə tabe olduğu kimi
arvadlar da hər vəziyyətdə öz ərlərinə tabe olsunlar.
197 25 Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda
etdiyi kimi siz də arvadlarınızı sevin. 26Məsih bunu ona görə etdi ki, cəmiyyəti
su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin 27və beləcə onda ləkə,
qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq
Öz hüzuruna çıxarsın. 28Ərlər də eyni şəkildə arvadlarını öz bədənləri
kimi sevməlidirlər. Arvadını sevən özünü sevir. 29Çünki heç kim heç zaman
öz vücuduna nifrət etməz. Əksinə, Məsih cəmiyyətə yanaşdığı kimi onu bəsləyib
qayğısına qalar. 30Axı biz Onun bədən üzvləriyik. 31«Buna görə də
kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq».
32Bu sirr böyükdür, mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm.
33Sizə gəlincə, qoy hər kəs öz arvadını özü kimi sevsin, arvad isə ərinə
ehtiram etsin.
Efeslilərə 6
198 1 Ey övladlar, Rəbdə olduğunuza görə ata-ananıza itaət edin. Bu
haqdandır. 2İçində vəd olan ilk əmr budur: «Ata-anana hörmət et ki,
3xoş güzəranın və yer üzündə ömrün uzun olsun».
199 4 Ey atalar, siz də övladlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə
və öyüdü ilə böyüdün.
200 5 Ey qullar, Məsihə itaət etdiyiniz kimi dünyəvi ağalarınıza da qorxu və
lərzə ilə səmimi qəlbdən itaət edin. 6Bunu yalnız insanları razı salmaq
üçün gözə xoş görünən xidmətlə deyil, Məsihin qulları kimi can-dildən Allahın
iradəsini yerinə yetirmək üçün edin. 7İnsanlara deyil, Rəbbə qulluq
etdiyiniz kimi ürəkdən qulluq edin. 8Bilin ki, istər qul, istərsə də azad
– hər bir kəs gördüyü yaxşı işin əvəzini Rəbdən alacaq.
201 9 Ey ağalar, siz də həmçinin qullarınızla bu cür rəftar edin. Daha onlara
hədə-qorxu gəlməyin. Bilin ki, onların da, sizin də Ağanız göylərdədir və O,
insanlar arasında tərəfkeşlik etməz.
202 10 Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin. 11İblisin
hiylələrinə qarşı dura bilmək üçün Allahın verdiyi bütün zireh və silahlara
bürünün. 12Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı
deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı
ruhani şər qüvvələrə qarşıdır. 13Buna görə Allahın bütün zireh və
silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir
şeyi etdikdən sonra dayana biləsiniz. 14Beləliklə, həqiqəti kəmər kimi
belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış, barışıq Müjdəsini
yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə durun. 15Beləliklə,
həqiqəti kəmər kimi belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış,
barışıq Müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə
durun. 16Bütün bunlara əlavə olaraq şər olanın bütün yanar oxlarını
söndürə bilmək üçün iman qalxanını əlinizə götürün. 17Xilas dəbilqəsini və
Ruhun qılıncını, yəni Allahın kəlamını götürün.
203 18 Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua edin.
204 Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq
qalaraq bütün müqəddəslər üçün dua edin
Filipililərə 1
205 27 Lakin həyat tərziniz Məsihin Müjdəsinə layiq olsun.
Filipililərə 2
206 1 Beləliklə, Məsihdə bir ruhlandırılma, məhəbbətdən yaranan bir təsəlli,
Ruha bir şəriklik, bir rəhm və mərhəmət varsa, 2həmfikir olub bir-birinizə
eyni məhəbbəti göstərərək canbir və həmrəy olmağınızla sevincimi bütövləşdirin
207 3 Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz
itaətkarlıqda digərini özündən üstün saysın
208 4 və yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün.
5Məsih İsa necə düşündü, siz də elə düşünün. 6Allah surətində
olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. 7Lakin
Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb
8Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət
göstərdi
209 12 Belə isə, ey sevimlilərim, həmişə
itaətli olduğunuz kimi yalnız mən yanınızda olanda yox, xüsusən yanınızda
olmadığım bu anda belə, qorxu və lərzə ilə xilasınızı əməllərinizdə göstərin.
13Çünki sizdə
fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də
bunun üçün fəaliyyət göstərəsiniz.
210 14 Hər şeyi şikayətlənmədən, mübahisə
etmədən yerinə yetirin ki, 15nöqsansız və saf olaraq bu əyri və azmış
nəsil arasında Allahın ləkəsiz övladları olasınız. Onların arasında dünyanın
nuru kimi parlayın. 1
211 16 Həyat sözünü təqdim edin.
Комментариев нет:
Отправить комментарий