XRİSTİANLIĞIN
QANUNLARI
Matta
1 5:23 Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin
zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, 24qurbanını
qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl,
qurbanını təqdim et.
2
25Səni
ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə
verməsin və zindana atılmayasan. 26Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu
verməyincə oradan əsla çıxmayacaqsan.
3 30 Əgər sağ əlin səni pis
yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv
olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır.
4 34 And içmə, nə göyə, çünki o, Allahın taxtıdır; 35nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də
Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir. 36Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və
ya qara edə bilməzsən. 37Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan
qalanı şər olandandır.
5 38 “Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini
eşitmisiniz. 39Mənsə sizə deyirəm ki, pis adama qarşı durma.
Əksinə, sağ üzünə şillə vurana o birini də çevir.
6 40 Səni məhkəməyə verib köynəyini götürmək istəyənə
üst paltarını da ver.
7 41Kim səni
min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get.
8 42 Səndən bir şey diləyənə ver, səndən borc istəyəni
geri qaytarma.
9 43“Qonşunu sev və düşməninə nifrət et”
deyildiyini eşitmisiniz. 44Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin,
sizi təqib edənlər üçün dua edin. 45Belə ki siz göylərdə olan Atanızın övladları
olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur,
yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. 46Əgər sizi
sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi?
47Əgər
yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş
olursunuz? Bütpərəstlər də belə etmirmi? 48Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz
də kamil olun.
Matta 6
10 1 Ehtiyatlı olun, siz saleh iş görəndə bunu
insanların önündə, onlara göstərmək üçün etməyin. Yoxsa göylərdə olan Atanızdan
mükafat almazsınız.
11 2 Ona görə də sədəqə verdiyin zaman önündə şeypur səsi ilə car çəkmə.
Çünki adamlar onları izzətləndirsin deyə ikiüzlülər sinaqoqlarda və küçələrdə
belə edirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar.
12 5 Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın.
Çünki belələri adamlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub
dua etməyi sevirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 3Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin
nə etdiyini bilməsin. 4Belə ki verdiyin sədəqə gizli qalsın. Gizlində olanı görən
Atan səni mükafatlandıracaq.
13 7 Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin.
Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. 8Siz onlara bənzəməyin!
Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir.
14 16 Oruc tutduğunuz zaman ikiüzlülər kimi
qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini
tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar.
15 17 Amma sən oruc tutanda
başına yağ çək və üzünü yu. 18Belə ki insanlara deyil, gizlində olan
Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.
16 19 Yer üzündə özünüzə
xəzinələr yığmayın. Orada güvə və pas
onları məhv edər ya da oğrular girib oğurlayar. 20Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə
güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar. 21 Çünki xəzinən
haradadırsa, ürəyin də orada olacaq.
17 25 Buna görə sizə deyirəm:
“Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə
bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib
deyilmi? 26Göydə uçan quşlara baxın: onlar nə əkir, nə
biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz
onlardan daha qiymətli deyilsinizmi? 27Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər?
28Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün
çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir. 29Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan
Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. 30Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu
Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? 31Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik?”
deyə qayğı çəkməyin. 32Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da,
Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. 33Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun
salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. 34Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü
üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir!
Matta 7
18 1Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız.
2Çünki hansı hökmlə mühakimə etsəniz,
onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də
eyni ölçü ilə ölçüləcək.
19 6 Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın;
yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar.
20 7 Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız,
qapını döyün və sizə açılacaq. 8Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə
açılar. 9Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi?
10Ya da
balıq diləsə, ona ilan verərmi? 11Beləliklə, siz pis olduğunuz halda öz
övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın
Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir!
21 12 İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə,
siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə
budur.
22 13 Dar qapıdan girin. Çünki həlaka aparan qapı
geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur. 14Amma həyata
aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır.
23 15 Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar
yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar. 16Onları bəhrələrindən
tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı? 17Beləcə də
hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər. 18Yaxşı ağac
pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz. 19Yaxşı bəhrə
verməyən hər ağac kəsilər və oda atılar. 20Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən
tanıyacaqsınız.
Matta 10
24 :8 Xəstələrə şəfa verin, ölüləri dirildin,
cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin.
25 9 Qurşağınızda nə qızıl, nə gümüş, nə də mis
götürün.
26 10 Yol üçün nə torba, nə iki köynək, nə çarıq, nə
də əsa götürün. Çünki işçi öz azuqəsinə layiqdir.
27 11Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli
kimdirsə, axtarın və yola çıxanacan onun evində qalın.
28 12 O evə girərkən ev sakinlərini salamlayın.
13Əgər ev
layiqdirsə, əmin-amanlığınız onun üzərinə gəlsin; layiq deyilsə, əmin-amanlığınız
özünüzə qayıtsın.
29 14 Kim sizi qəbul etməyib sözlərinizi dinləməzsə,
o evdən və ya şəhərdən çıxarkən ayaqlarınızın tozunu çırpın. 15Sizə
doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorra diyarının halı o şəhərin
halından daha asan olacaq.
30 16 Budur, sizi qurdlar
arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi
məsum olun.
31 17 İnsanlardan özünüzü
gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarında qamçılayacaqlar.
18Onlara və millətlərə
şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısına
aparılacaqsınız. 19Onlar sizi təslim
edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin
vaxt sizə bildiriləcək, 20çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur
32 23 Sizi bir şəhərdə təqib
edəndə başqasına qaçın.
33 27 Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin
və qulağınıza pıçıldananı damlardan bəyan edin
34 28 Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni
cəhənnəmdə məhv edə bilən Allahdan qorxun.
Matta 18
35 8 Əgər əlin və ya ayağın
səni pis yola çəkərsə, onu kəs at. Sənin əbədi həyata şikəst və ya topal daxil
olmağın iki əl və iki ayaqla əbədi oda atılmağından yaxşıdır.
36 9 Əgər gözün səni pis
yola çəkərsə, onu çıxarıb at. Sənin tək gözlə əbədi həyata daxil olmağın iki
gözlə cəhənnəm oduna atılmağından yaxşıdır.
37 15 Əgər qardaşın sənə qarşı günah işlədərsə, get,
onun günahını ona göstər. Qoy hər şey yalnız ikinizin arasında qalsın. O sənə
qulaq asarsa, qardaşını qazandın. 16Amma qulaq asmazsa, özünlə bir və ya iki nəfər
götür ki, “hər iddia iki yaxud üç şahidin sözü ilə təsdiq edilsin”. 17Əgər o bu
adamların da sözünə qulaq asmaq istəməsə, vəziyyəti imanlılar cəmiyyətinə
bildir. Əgər cəmiyyətin də sözünə qulaq asmaq istəməsə, onu bir bütpərəst və
vergiyığan hesab et. 18Sizə doğrusunu deyirəm: yer üzündə
bağlayacağınız hər şey göydə bağlanmış olacaq və yer üzündə açacağınız hər şey
göydə açılmış olacaq.
Matta 19
38 14 Amma İsa dedi: «Uşaqları buraxın, qoy Mənim
yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Səmavi Padşahlıq belələrinə məxsusdur».
39 21 İsa ona dedi: «Əgər kamil olmaq istəyirsənsə,
get, əmlakını sat və yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra
qayıt, Mənim ardımca gəl».
Matta 23
40 2 dedi: «İlahiyyatçılar
və fariseylər Musanın kürsüsündə oturmuşlar.3Buna
görə də sizə əmr etdikləri hər şeyə riayət və əməl edin. Amma onların etdiklərini
etməyin, çünki söyləyərlər, amma riayət etməzlər. 4Ağır və çətin daşına bilən yükləri bağlayıb insanların çiyninə
yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə, tərpətmək
istəməzlər. 5Onlar öz əməllərinin hamısını insanlar görsün
deyə edərlər.
41 8 Amma kimsə sizi “Rabbi” deyə çağırmasın. Çünki
sizin bir Müəlliminiz var. Siz hamınızsa qardaşsınız.
42 9 Yer üzündə kimsəyə “ata” deməyin. Çünki bir Atanız var, O da Səmavi
Atadır.
43 10 Kimsə sizə “rəhbər” deməsin. Çünki bir Rəhbəriniz
var, O da Məsihdir.
44 11 Aranızda ən böyük olan xidmətçiniz olsun.
12Kim özünü
yüksəldərsə, aşağı tutulacaq və kim özünü aşağı tutarsa, yüksəldiləcək.
Matta
24
45 15 Beləliklə, Daniel peyğəmbərin bəhs etdiyi viranəlik
gətirən iyrənc şeyin Müqəddəs məkanda qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan
bunu anlasın – 16Yəhudeyada olanlar dağlara qaçsın. 17Damda olan
evindəki əşyaları götürmək üçün aşağı enməsin. 18Tarlada
olan üst paltarını götürmək üçün geri qayıtmasın. 19Həmin günlər
hamilələrin və körpə əmizdirənlərin vay halına!
46 23 O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih
buradadır” yaxud da “oradadır”, inanmayın. 24Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər
törəyəcək. Onlar böyük əlamətlər və xariqələr göstərəcəklər ki, imkan
taparlarsa, seçilmişləri də aldatsınlar. 25Bax Mən sizə əvvəlcədən söyləmişəm. 26Ona görə
sizə “bax, O çöldədir” desələr də, çıxmayın. “Bax, O daxili otaqlardadır” desələr
də, inanmayın. 27Çünki şimşək şərqdə çaxıb qərbdə belə, göründüyü kimi Bəşər Oğlunun zühuru da elə olacaq. 28Leş
haradadırsa, kərkəslər də orada toplaşar.
47 42 Ona görə də oyaq olun. Çünki Rəbbinizin hansı
gün gələcəyini bilmirsiniz. 43Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun
gecə hansı saatda gələcəyini bilsəydi, oyaq qalıb evinin yarılmasına imkan verməzdi.
48 44Buna görə
siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək.
49 9 Gedin, bütün millətləri Mənim şagirdim edin; onları
Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin;
50 20 sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara
öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm».
Luka 21
51 34 Özünüzə fikir verin!
Qoy ürəkləriniz eyş-işrət və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin.
Qoy qiyamət günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin.
52 36 Ona görə də baş verəcək bütün bu fəlakətlərdən qaçıb Bəşər Oğlunun önündə
dura bilmək üçün hər an dua edərək ayıq olun».
Luka 22
53 26 Amma siz belə olmayın. Aranızda ən böyük olan ən kiçik kimi olsun və rəhbərlik
edən xidmətçi kimi olsun.
54 36 (Ruhani Qılınc, yəni
Allah Kəlamı) Qılıncı olmayan da öz
paltarını (məcazi mənada) satıb
qılınc alsın.(Ruhani Qılınc, yəni Allah Kəlamı)
Yəhya
13
55 14 İndi ki Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz
də bir-birinizin ayaqlarını yumalısınız. 15Çünki sizə nümunə göstərdim ki, Mənim sizə
etdiyimi siz də bir-birinizə edəsiniz.
56 34 Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi
siz də bir-birinizi sevin. 35Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün
insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz».
Yəhya
15
. 57 9 Mənim məhəbbətimdə qalın.
58 12 Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin.
Romalılara 6
59 11 Beləcə
siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə
diri sayın.
60 12 Ona görə də qoymayın ki, günah sizin fani bədəninizə
hökmranlıq etsin və siz də bədəninizin ehtiraslarına itaət edəsiniz.
61 13 Bədəninizin üzvlərini də haqsızlıq aləti olmaq
üçün günaha təslim etməyin; əksinə, özünüzü ölülər arasından dirilənlər kimi
Allaha, bədəninizin üzvlərini də salehlik aləti olmaq üçün yenə Allaha təslim
edin.
62 19 Üzvlərinizi müqəddəs olmaq üçün salehliyə qul
kimi təslim edin.
Romalılara 12
63 1 Bədənlərinizi diri, müqəddəs və Allahı razı
salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir.
64 2 Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi
ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz.
65 3 Lazım olduğundan artıq özünüz barədə yüksək
fikirdə olmayın; lakin hər biriniz Allahın ona verdiyi imanın ölçüsünə görə
ağıl-kamalla düşünün
66 6 Bir kəsin ənamı peyğəmbərlikdirsə,
imanının ölçüsünə görə peyğəmbərlik etsin;
67 7 Ənamı xidmətdirsə,
xidmət etsin;
68 Müəllimlikdirsə, öyrətsin;
69 8 Nəsihət verəndirsə, nəsihət versin;
70 Pay verəndirsə, səxavətlə,
71 Rəhbərdirsə, səylə,
72 Mərhəmət göstərəndirsə, sevinə-sevinə öz
işini görsün.
73 9 Qoy məhəbbətiniz riyasız olsun.
74 Pislikdən ikrah edin, yaxşılığa bağlanın.
75 10 Qardaşlıq sevgisi ilə bir-birinizi
sevin.
76 Hörmət göstərməkdə bir-birinizi qabaqlayın.
77 11 Səyiniz azalmasın,
78 Ruhunuz alovlu olsun.
79 Rəbbə qulluq edin.
80 12 Ümidinizlə sevinin.
81 Əziyyətdə dözümlü olun.
82 Dayanmadan dua edin.
83 13 Ehtiyac içində olan müqəddəslərə yardım
etməyə şərik olun.
84 Qonaqpərvər olmağa səy göstərin.
85 14 Sizi təqib edənlərə xeyir-dua verin;
lənət yox, xeyir-dua verin.
86 15 Sevinənlərlə sevinin, ağlayanlarla
ağlayın.
87 16 Bir-birinizlə həmfikir olun;
88 Təkəbbürlü olmayın,
89
Məzlumlarla dostluq edin.
90 Özünüzü ağıllı saymayın.
91 17 Heç kimə pislik əvəzinə pislik etməyin.
92 Hamının gözündə yaxşı olan işlər görməyə
diqqət yetirin.
93 18 mkan daxilində bacardıqca bütün
adamlarla sülh içində yaşayın.
94 19 Ey sevimlilər, heç kəsdən qisas almayın.
95 21
Pislik sənə üstün gəlməsin,
96 Pisliyə yaxşılıqla qalib gəl.
Romalılara 13
97 1 Hər kəs başçılıq edən hakimiyyətlərə tabe
olsun. Çünki Allah tərəfindən təyin olunmayan hakimiyyət yoxdur; mövcud olan
hakimiyyətlər Allah tərəfindən təyin olunub. 2Buna görə də hakimiyyətə
qarşı çıxan adam Allahın təyin etdiyinin əleyhinə çıxır və əleyhinə çıxan belələri
özlərini mühakiməyə düçar edir. 3Çünki yaxşı iş görənlər deyil, pis iş
görənlər hökmdarlardan qorxmalıdır.
98 7 Beləliklə, hər kəsə öz haqqını verin:
vergi haqqı olana vergi, gömrük haqqı olana gömrük, qorxu haqqı olana qorxu,
hörmət haqqı olana hörmət.
99 8 Bir-birinizi sevməkdən başqa heç nədə
heç kimə borclu qalmayın; çünki başqasını sevən Qanunu yerinə yetirmiş
olur.
100 14 Rəbb
İsa Məsihə bürünün və cismani təbiətinizin ehtiraslarına uymaq fikrində
olmayın.
Комментариев нет:
Отправить комментарий